Anka quşu kimi küllərimdən yenidən doğuram' - Əməkdar artist

Anka quşu kimi küllərimdən yenidən doğuram' - Əməkdar artist"Mən ölkəmin "Sarıköynəyi", "Sahilsiz Gecə"nin Zibeydəsi, "Məhv Olmuş Gündəliklər"in Anjeli, Hacı Zeynalabdin Tağıyevin fədakar, amma talehsiz qızı Sarası, "Manqurt"un Nayman anası, "Şükriyyə" tamaşasında sürgünə məhkum olsa da, haqsızlığa boyun əyməyən Zöhrəsi və sadalamaqla bitməyəcək saysız-hesabsız unudulmaz obrazların yaradıcısıyam..."
azxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında qeyd edib.
Bu gün 58 yaşını qeyd edən Əməkdar artist xalqın sevgisinə layiq olmağa çalışdığını və onların sevgisini qəlbində daşıdığını bildirib:
Heç vaxt unuda bilmədiyim bir xatirəni sizinlə bölüşmək istəyirəm. Uzun illər öncə bir gənc məni təsadüfən yolda görüb göz yaşları içində məni qucaqladı və dedi: "Sizə ömrümün sonuna qədər borcluyam. Çünki sizin "Məhv Olmuş Gündəliklər" tamaşasında canlandırdığınız Anjel rolunu izlədikdən sonra imtahandan keçdim." Bir sənətkar üçün bundan böyük bir mükafat, bundan ülvi bir sevgi ola bilərmi? Həmin an bir daha anladım ki, əgər bu yolda bir nəfərin belə taleyində iz qoymuşamsa, mənim sənət yolum hədər getməyib... 
Mən xarakter olaraq haqsızlığa qarşı susa və göz yuma bilmirəm. Nə şəxsi həyatımda, nə iş yerimdə, nə də ekspert olaraq iştirak etdiyim sosial verilişlərdə şəxsi maraqlarım naminə vicdanıma xəyanət etməmişəm. Mənim üçün vətəndaşlıq mövqeyi hər zaman bütün statuslardan üstün olub. Ədalətsizliyə qarşı açıq şəkildə vuruşmuşam. Mən dünyaya gələndə şöhrətli doğulmuşam. Elə bu səbəbdən, kimin adını çəkirəmsə, həmin insan da şöhrət qazanır. Həyatın ağır sınaqları mənim üçün heç vaxt son olmayıb. Anka quşu kimi küllərimdən yenidən doğuram... 
Mənim üçün bu fani dünyanın mənası odur ki, dünyadan köçdüyün zaman xalq səmimi qəlbdən "Allah rəhmət eləsin" desin. Əsl xoşbəxtlik budur. Yoxsa elələri də var ki, adları çəkiləndə, "Allah yanındakılara rəhmət eləsin" deyirlər... Hər zaman özümə tez-tez xatırladıram: Sultan Süleyman vəsiyyət etmişdi ki, bir əlini tabutun kənarına çıxarsınlar. İnsanlar görsünlər ki, dünyanın ən qüdrətli hökmdarı belə bu dünyadan əli boş gedir. Çünki heç kim buradan nə taxtını, nə tacını, nə də malını apara bilmir... Yalnız yaxşı adını və qoyduğu izi aparır... 
Yeni yaşımda özümə möhkəm cansağlığı ilə yaşamaq arzulayıram. Və mənə qarşı olan sevginizi qürurla, təşəkkürlə, minnətdarlıqla daşıyıram..."
Aysel

Şou Biznes       Tarix: 12 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az dunyada son xeberler cəbhədən şad xəbər qurban bayrami 2026