Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyiTürkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb.
Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştirak edirlər. Zirvə toplantısında qlobal və regional təhlükəsizlik məsələləri, müdafiə xərclərinin artırılması, kollektiv müdafiənin gücləndirilməsi, həmçinin NATO-nun gələcək strategiyası ətrafında geniş müzakirələr aparılacaq.
Bununla yanaşı, sammit çərçivəsində liderlər arasında ikitərəfli görüşlərin keçirilməsi, bir sıra mühüm qərarların qəbul olunması və yekun bəyannamənin imzalanması gözlənilir.
Politoloq Turan Rzayev azxeber.com-a açıqlamasında deyib ki, burada müzakirəyə çıxarılacaq bir neçə mühüm məsələ var:
Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi"NATO-nun Türkiyədə keçiriləcək sammiti çox diqqət çəkir. Burada müzakirəyə çıxarılacaq bir neçə mühüm məsələ var. Ən əsas məsələ ABŞ-nin son illərdə, xüsusilə də İran-İsrail gərginliyi fonunda NATO-nun hərbi xərcləri ilə bağlı irəli sürdüyü mövqedir. ABŞ hesab edir ki, NATO-nun maliyyə yükünü təkbaşına daşımaq istəmir və alyansa üzv digər ölkələr müdafiə xərclərini artırmalıdır. Bu baxımdan Almaniya, Fransa, İtaliya kimi ölkələrin də üzərlərinə düşən öhdəlikləri yerinə yetirməsi və müdafiə büdcələrini artırması gözlənilir. Düşünürəm ki, sammitdə bu məsələ ətrafında geniş müzakirələr aparılacaq".
Politoloq qeyd edib ki, Digər mühüm mövzu Rusiya-Ukrayna müharibəsi olacaq:
"Digər mühüm mövzu Rusiya-Ukrayna müharibəsi olacaq. Müharibənin gedişi fonunda Ukraynaya gələcək hərbi və maliyyə yardımlarının necə davam etdiriləcəyi müzakirə ediləcək. Eyni zamanda, Rusiyanın təhdidi altında olan NATO üzvləri – Finlandiya, Latviya, Litva, Estoniya və Polşanın təhlükəsizliyinin təmin olunması, alyansın bu istiqamətdə hansı strateji xətti izləyəcəyi də əsas müzakirə mövzularından biri olacaq".
O qeyd edib ki, İran məsələsi də gündəmdə olacaq:
"İran məsələsi də gündəmdə olacaq. ABŞ NATO-nun bu proseslərdə daha fəal iştirak etməsini istəyə bilər. ABŞ NATO-nun proseslərə cəlb edilməsini istəyə bilər. ABŞ-nin İranın cəzalandırılması istiqamətində beynəlxalq koalisiyanın yaradılması ilə bağlı fikirlərinin olması mümkündür. NATO-nun isə bu mövzuya yaşıl işıq yandıracağını düşünmürəm. Çünki NATO ilk növbədə Avropa təhlükəsizliyini təmin etmək məqsədi daşıyan bir təşkilatdır. Alyansın əsas missiyası Avropa məkanının müdafiəsidir. ABŞ prezidenti də Konqresin razılığı olmadan belə bir müharibəyə başlayıb. Buna görə də bu məsələ müzakirə olunsa da, real qərarların qəbul ediləcəyini düşünmürəm".
T.Rzayev bildirib ki, digər mühüm məsələ isə NATO daxilində mövcud olan fikir ayrılıqlarıdır:
"Digər mühüm məsələ isə NATO daxilində mövcud olan fikir ayrılıqlarıdır. Xüsusilə Türkiyə-Yunanıstan, Türkiyə-Kipr və Türkiyə-İsrail münasibətlərindəki gərginliklər alyans daxilində müəyyən fikir ayrılıqları yaradır. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsi və ya mümkün sülh prosesi ilə bağlı üzv dövlətlərin fərqli mövqeləri də müzakirə olunacaq. Hazırda NATO daxilində ən ciddi fikir ayrılığı məhz bu məsələ ətrafındadır".
Şahanə Ziyad

Siyasi       Tarix: 09 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər