Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq
Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq
Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq.
Bu barədə "AirlineHaber"in yaydığı məlumatda deyilir.
Bildirilir ki, "Türk Hava Yolları" şirkətinin törəməsi olan "AnadoluJet" martın 29-dan etibarən İstanbulun "Sabiha Gökçen" və Ankaranın "Esenboğa" hava limanlarından xaricə bir dollardan başlayan səyahət imkanı verir.
"Almaniya, Avstriya, Azərbaycan, BƏƏ, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Niderland, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistanını uçuş marşrutuna əlavə edən brend ümumilikdə 21 ölkəyə səfər təşkil edəcək", - deyə məlumatda bildirilir.
Məhdud sayda yer üçün keçərli olan endirimdən yararlanmaq istəyən sərnişinlər martın 1-nə qədər satın alacaqları biletlərlə 29 mart-24 oktyabr tarixləri arasında vergilərdən əlavə bir dollardan başlayan qiymətlərlə uça biləcəklər.
Türkiyə, Bağdad, Ərbil və Təl-Əviv çıxışlı uçuşlar bir dollardan, Bakı, Barselona, Berlin, Frankfurt, Paris, Milan, Moskva, Roma və Tiflis çıxışlı uçuşlar bir avrodan, London çıxışlı uçuşlar bir funt sterlinqdən, Bəhreyn çıxışlı uçuşlar bir Bəhreyn dinarından, Küveyt çıxışlı uçuşlar bir Küveyt dinarından, Dubay çıxışlı uçuşlar doqquz BƏƏ dinarından, Dammam və Riyad çıxışlı uçuşlar doqquz Səudiyyə Ərəbistanı rialından başlayan qiymətlərlə satışa buraxılacaq. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var