Ankarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldi

Ankarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiTürkiyənin paytaxtı Ankarada Birinci "Qarabağ Azərbaycandır" Simpoziumu təşkil edilib.
azxeber.com xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Türkiyə Evi (ATEV) və "Yeni Çağ" Media Qrupunun təşkilatçılığı ilə Ankaradakı Ulucanlar Həbsxana Muzeyində Birinci "Qarabağ Azərbaycandır" Simpoziumu keçirilib.
Qarabağ zəfərində Türkiyənin verdiyi dəstək, türk ictimaiyyətinin və media quruluşlarının zəfərin əldə edilməsindəki rolunun müzakirə edildiyi simpoziuma Türkiyə və Azərbaycandan millət vəkilləri, QHT rəhbərləri, jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri qatılıblar.
İki hissədə baş tutan sipmoziumun açılış mərasimində AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rüstəmxanlı, Radio-Televiziya Jurnalistləri Dərnəyinin sədri Şəbnəm Bursalı, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Ərən, Türkiyə Böyük Millət Məclisinin deputatı Nazim Maviş çıxış edib, iki ölkə arasındakı münasibətlərin İkinci Qarabağ Savaşı ilə başqa bir müstəviyə daşındığını qeyd ediblər.
Simpoziumun birinci – Media Paneli Türkiyənin "Akşam" qəzetinin Ankara nümayəndəsi Emin Pazarcının moderatorluğu ilə baş tutub. Paneldə millət vəkili Sabir Rüstəmxanlı, "Kanal D" Ankara təmsilçisi Zəfər Şahin, "Kanal 7″nin Ankara nümayəndəsi Mehmet Acet və "Yeni Akit" qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı çıxış edərək Türkiyə ilə Azərbaycan arasındakı media əlaqələrindən, bu münasibətlərin gəlcəyindən danışıb, sözügedən sahədə həmrəyliyin vacibliyinə diqqət çəkiblər.
Azərbaycanın illər sonra torpaqlarının geri almasının səbəblərinə toxunan Emin Pazarcı, bunun müdafiə səınayesinin inkişafı ilə də əlqələndirib:
"Artıq bir sıra silahlarımızı özümüz istehsal edirik. Silahlı və silahsız PUA-larla münaqişələrin gedişatını dəyişdiririk".
Çıxış edən Sabr Rüstəmxanlı isə, "Tariximiz kimi havamız, suyumuz da birdir. Bu birlik və bərabərliyi pozmağa çalışanlar olsa da, onların istəkləri yerinə yetməyəcək", – deyib.
"Əlli, yüz il də keçsə, tarix iki qəhrəmanı unutmayacaq. Cənab Əliyevlə Ərdoğan adlarını Qarabağ savaşı ilə dünya tarixinə qızıl hərflərlə yazdırdılar", – deyə Mehmet Acet vurğulayıb.
İşğaldan azad edilmiş torpaqlara səfərindən danışan Hacı Yakışıklı, "Şuşada olarkən uçmuş bir binada iki bayraq diqqətimi çəkdi. Onlar Azərbaycan və Türkiyə bayraqları idi. O zaman bir daha inandım ki, bizim taleyimiz birdir", – deyə bildirib.
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin sədri Toğrul Allahverdilinin moderatorluğu ilə baş tutan ikinci – Gənclik Panelində "EkoAvrasya"nın sədri Hikmət Ərən, AGAH sədri Təbriz Raufoğlu, araşdırmaçı-yazar Dəniz Dəmir və diaspor aktivisti Rəşid Mustafazadə çıxış ediblər. Çıxışçılar Vətən müharibəsi davam edərkən hər iki ölkənin gənclərinin sosial mediada birlikdə informasiya müharibəsi apardıqlarını bildiriblər.
Diqqətçəkən müzakirələrin aparıldığı simpozium Türkiyə-Azərbaycan qardaşlığına dəstək verən türkiyəli jurnalistlərə plaketlərin təqdim edilməsilə başa çatıb.
Ankarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldiAnkarada Birinci 'Qarabağ Azərbaycandır' Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldi

Sosial       Tarix: 02 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az