Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artırAnkarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi, eləcə də Avro-Atlantik məkanında təhlükəsizliklə bağlı əsas məsələlər müzakirə olunur.  
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen azxeber.com-a söyləyib ki, Ankarada keçirilən NATO sammitinin həm Türkiyə, həm də dünya üçün mühüm əhəmiyyəti var:
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır"Ankarada keçirilən NATO sammitinin həm Türkiyə, həm də dünya üçün mühüm əhəmiyyəti var. Hazırda ABŞ və Çin arasında qlobal hegemonluq uğrunda rəqabət gedir. Çin sürətlə yüksələn güc kimi iqtisadi inkişafını davam etdirir, müdafiə sənayesinə böyük investisiyalar yatırır və özünü təmin edən hərbi gücə çevrilir. Eyni zamanda, nüvə arsenalını genişləndirməsi də uzun müddətdir ABŞ-də narahatlıq yaradır. ABŞ 2018-ci ildən etibarən strategiyasını Çinə qarşı mübarizə istiqamətində yenidən formalaşdırmağa başlayıb. NATO-nun əsas aparıcı qüvvəsi olan ABŞ hesab edir ki, alyans da bu yeni strategiyaya uyğun transformasiya olunmalıdır. Bu baxımdan, sammitdə əsas məsələlərdən biri NATO-nun Çinə qarşı mübarizə aparacaq şəkildə "NATO 3.0" konsepsiyası əsasında yenidən qurulması və bununla bağlı aparılan danışıqların nəticələrinin ortaya çıxması olacaq. Sammitdən əvvəl keçirilən G7 toplantısında ABŞ, Avropa ölkələri və Avropa İttifaqı bir sıra məsələlər üzrə ortaq mövqeyə gəlib. Həmin razılaşmaların nəticələrinin də NATO Zirvəsində öz əksini tapacağı gözlənilir".
O bildirib ki, müdafiə sənayesinə investisiyaların artması Türkiyə üçün də yeni imkanlar yarada bilər:
"Zirvənin yekununda Avropa mərkəzli, müdafiə sənayesinə daha çox investisiya yatıran, ÜDM-in (GDP) 5 faizini müdafiəyə ayıran yeni NATO modelinin formalaşacağı ehtimal edilir. Bu çərçivədə, xüsusilə Almaniya başda olmaqla Avropa ölkələrinin Rusiya təhdidinə qarşı ordularını, müdafiə sənayesini və hərbi imkanlarını yenidən qurması gözlənilir. Müdafiə sənayesinə investisiyaların artması Türkiyə üçün də yeni imkanlar yarada bilər. Bununla yanaşı, Türkiyə baxımından ən mühüm məsələ ABŞ-nin Yaxın Şərq və Körfəz siyasətində, eləcə də Cənubi Qafqazın türk dünyası ilə əlaqələndirilməsi prosesində Ankaranın oynayacağı roldur. Bu səbəbdən NATO Zirvəsində Türkiyənin müəyyən siyasi və strateji dividendlər əldə edəcəyi gözlənilir. Bundan əlavə, Rusiyanın əhatələnməsi strategiyası və NATO-nun Qara dənizdə rolunun artırılması fonunda Türkiyəyə Rusiya ilə münasibətlər baxımından da yeni geosiyasi rol veriləcəyi proqnozlaşdırılır".
Türkiyəli siyasi şərhçi Umut Uzer azxeber.com-a bildirib ki, Türkiyədə keçirilən NATO sammiti alyansın birliyinin möhkəmləndirilməsi cəhətdən önəmlidir:
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır"Türkiyədə keçirilən NATO sammitində ilk növbədə alyansın birliyinin möhkəmləndirilməsi və ortaq təhdidlərə qarşı vahid mövqenin nümayiş etdirilməsi əsas məsələdir. Bundan əlavə, ABŞ-nin təzyiqləri nəticəsində müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması tələbinin Avropa dövlətləri tərəfindən daha qəti şəkildə qəbul ediləcəyi və ifadə olunacağı gözlənilir. Bu çərçivədə "yükün bölüşdürülməsi" konsepsiyası əsasında Avropa ölkələri hərbi sahəyə daha çox vəsait ayıracaqlar".
O qeyd edib ki, sammit çərçivəsində Rusiya-Ukrayna müharibəsi də müzakirə olunacaq:
"ABŞ Prezidenti Donald Tramp CAATSA sanksiyalarının ləğv ediləcəyini bildirib. Prezident Ərdoğan isə 5 ədəd F-35 döyüş təyyarəsinin Türkiyəyə satılmasını gözlədiyini qeyd edib. Çoxşaxəli müdafiəni nəzərdə tutan "360 dərəcə təhlükəsizlik" konsepsiyası təhlükəsizliyə kompleks yanaşmanı ön plana çıxarır. Rusiya NATO ölkələri üçün təhdid hesab olunsa da, həm ABŞ, həm də Türkiyə diplomatiyaya önəm verdiklərini nümayiş etdiriblər. Sammit çərçivəsində Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr də müzakirə olunacaq".
Şahanə Ziyad

Siyasi       Tarix: 10 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər