Anti-terror əməliyyatı qapıdadır - Politoloq son vəziyyəti şərh etdi

Anti-terror əməliyyatı qapıdadır - Politoloq son vəziyyəti şərh etdiQarabağda vəziyyət gərginləşdiyinə və Rusiyanın Ermənistanın və erməni separatçılarının təxribatlarına dəstəyi artdığına görə Azərbaycan prezidenti İlham Əliyevin yığılan bu məsələlərə reaksiyasına ehtiyac var idi. İlham Əliyev Türkiyənin "CNN Türk" kanalı vasitəsilə Ermənistana, Rusiyaya mesajlarını göndərməyi lazım bildi. Bu kanal müharibə zamanı da Azərbaycanın dünyaya açılan əsas pəncərələrindən idi. İlham Əliyev mesajları üçün həm də ona görə Türkiyənin məşhur kanalını seçdi ki, Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir daha vurğulasın. İlham Əliyevin müsahibə zamanı Türkiyəyə də mesajı oldu.
Birincisi, İlham Əliyev keçmiş illərdən fərqli olaraq Rusiyanı "strateji tərəfdaş" kimi deyil, sadəcə qonşu olaraq adlandırdı və həmin qonşunun Ermənistanı silahlandırmağa davam etdiyini anlamadığını bildirdi. Azərbaycan prezidenti sadə məntiqə toxunaraq demək istədi ki, 30 ildir Ermənistanı silahlandırdınız, nəyə nail oldunuz? Sizin Ermənistana verdiyiniz hərbi texnika məhv edildi və bu gün Bakının mərkəzində Hərbi Qənimətlər Parkında sərgilənir. İlham Əliyev onu da Kremlə xatırlatdı ki, Rusiya bundan sonra da Ermənistana pulsuz silah və hərbi texnika göndərsə nəticə dəyişməyəcək və hərbi üstünlük yenə Azərbaycanın tərəfində olacaq. Azərbaycanın artan hərbi büdcəsi və aldığı modern silahlar da bundan xəbər verir.
Kremlin Azərbaycan prezidentinin xəbərdarlığını nəzərə alaraq Ermənistanı silahlandırmadan vaz keçəcəyini söyləmək mümkün deyil. Rusiya Ermənistanı məhz ona görə silahlandırmaqda davam edəcək ki, bu ölkə Azərbaycan qarşısında tam gücsüz vəziyyətə düşməsin.
İkincisi, İlham Əliyevin Rusiyaya daha bir sətiraltı mesajı var idi: "Ermənistan xalqı müharibədə məğlub olan Nikol Paşinyana parlament seçkisində yenidən səs verdi. Bu o deməkdir ki, erməni xalqı məğlubiyyətlə barışıb. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır".  İlham Əliyev bununla demək istədi ki, Nikol Paşinyan və erməni cəmiyyəti məğlubiyyətlə barışdığı halda Mockva Ermənistanı yenidən silahlandırmaqla qonşu dövləti Azərbaycanla yeni müharibəyə hazırlaşıdırır. Halbuki, əgər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında məlum bəyanatlar imzalanıbsa, Kreml həmin bəyanatların yerinə yetirilməsində maraqlı olmalıdır. Ancaq belə deyil. İlham Əliyevin sözlərindən bəlli oldu ki, həmin bəyanatları pozan və Ermənistanı da pozuculuğa sürükləyən elə Rusiyadır. 
Üçüncüsü, İlham Əliyev minalanmış xəritələrin cəmi 25 faizinin doğru olduğunu bildirdi. Bu da Kremlə mesajdır ki, Sizin vasitəçiliyinizi qəbul edib terrorçuları Ermənistana təhvil verdik və əvəzində xəritilərin bir qismini əldə etdik. Ancaq bəlli oldu ki, xəritələr reallığı əks etdirmir. Demək Kremlin bu istiqamətdəki vasitəçiliyi də işə yaramadı. 
Dördüncüsü, İlham Əliyev Laçın dəhlizi və Qarabağda nəzarətsiz qalan ərazilər barədə də fikir bildirməliydi. Çünki, Azərbaycan cəmiyyətində ən çox iki sual da gündəmdədir: Azərbaycan ordusu Laçın dəhlizini nəzarət altına alacaqmı və Qarabağdakı erməni separatçılarının tərksilah olunması planlaşdırılırmı? Azərbaycan prezidenti bu məsələlərə belə aydınlıq gətirdi ki, Laçın dəhlizindən nəyin daxil olduğunu, nəyin çıxdığını dəqiq bilirik, Qarabağdakı ermənilər isə Azərbaycan qanunlarına tabe olub Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar. 
İndiki şərtlər altında Qarabağda yaşayan ermənilərin öz istəkləri ilə Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaqlarını söyləmək çətindir. Qarabağda belə düşünən ermənilər olsa belə, onlar həyatlarını riqsə atıb bu haqda açıq danışmayacaqlar. Çünki başlarının üzərlərində silahlı separatçıları və Qarabağın Azərbaycana tabe olmasını əngəlləyən rusiyalı hərbçilər var. Qarabağ erməniləri silahlı separatçılardan və Rusiyanın himayəsindən qurtulduqdan sonra Azərbaycan qanunları ilə yaşamağa hazır ola bilərlər. 
Beşincisi, İlham Əliyev Ermənistan, erməni separatizmi və Rusiya haqqında fikirlərini belə yekunlaşdırdı ki, bölgədə müharibə və ya anti-terror əməliyyatları istisna deyil və bəlkə də yaxın zamanlarda zərurətə çevriləcək. Bunu prezidentin müsahibə zamanı işlətdiyi cümlələr də göstərirr: "Biz qabaqlayıcı tədbirlər görəcəyik", "erməni faşizmi baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik", "İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlara dərs olmayıb" və "yeni hədəfimiz  qələbəni və zəfəri möhkəmləndirməkdir".
İlham Əliyevin müsahibədə yeni format təşəbbüsünü də irəli sürdü: "Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq". İlham Əliyev bu cümlə ilə Rusiyanın müdaxiləsi olmadan Ümumiqafqaz evinin qurulması gərəkliyinə işarə edib. Misal üçün Nikol Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Bu görüşün Gürcüstan prezidentinin vasitəçiliyi ilə Tiflisdə keçirilməsi Ümumqafqaz evinin yaradılması baxımından ilk addım ola bilər. 
İlham Əliyev müsahibədə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir neçə dəfə vurğuladı, Şuşa bəyannaməsinin müttəfiqliyin zirvə nöqtəsi olduğunu xatırlatdı. Ancaq İlham Əliyev Türkiyə haqqında danışarkən ik dəfə müttəfiqliyə təhlükənin varlığı haqqında da fikir söylədi: "Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın". 
İlham Əliyev haqlıdır. Azərbaycan müstəqilliyi qazandıqdan bu yana Türkiyə ilə münasibətləri gərginləşdirmək istəyənlər hər zaman olub. Onlar həm kənarda, həm də içəridədirlər.
Elxan Şahinoğlu
"Atlas" Araşdırmalar Mərkəzi

Sosial       Tarix: 15 avqust 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler