Aqil Abbas: "Atama tapança vermişdim ki, əsir düşsən, özünü vurarsan
Aqil Abbas: "Atama tapança vermişdim ki, əsir düşsən, özünü vurarsan"
"Ağdamdakı evimizdə işğaldan 3-4 gün qabaq olmuşdum. Qardaşımın ailəsini çıxarmışdıq. Amma atam işində-gücündə idi. Şıxbabalıda sovxozda baş mühasib işləyirdi. İyulun 23-ü atam işdə olub. Fred Asifin əsgərləri həmin ərazidə döyüşürdülər. Ermənilər üç tərəfdən şəhərə daxil olmuşdular. Əsgərlər gəlib demişdi ki, "dayı, Ağdam yoxdu ey, götürülüb", nə gəzirsən burada və sağ-salamat Qarqardan keçirmişdilər".
Bunu millət vəkili, yazıçı Aqil Abbas "Azərbaycan" qəzetinə müsahibəsi zamanı danışıb.
Ağdam xatirələrini bölüşən A.Abbas atasına silah verdiyini də deyib:
"O vaxt atama bir tapança vermişdim. Demişdim, bu tapançanı ermənilərə atmaq üçün vermirəm ha. Qəfil şəhərə girərlər, əsir düşərsən, bilə-bilə sənə nə işgəncə verirlər hamımız diri ölərik. Səni and verirəm inandıqlarına, əsir düşsən, özünü vurarsan...
Əsir sahibi olmaq ağır şeydir. Mən görmüşəm o əzabı. Bacımın əri Ağdam polis şöbəsində işləyirdi, sahə müvəkkili, kapitan idi. Ermənilər yalandan demişdi sağdır, altı aydan sonra bildik şəhid olub. O 6 ayda bacımın, ailəmizin nələr çəkdiklərini görmüşəm. Sonra meyitini verdilər, Ağcabədinin Avşar kəndində dəfn etdik, "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi. Dəfn edəndən sonra hamı rahatlaşdı elə bil.
Mən çox əsirlər görmüşəm. Bizdə də erməni əsirləri vardı, amma gündə üç dəfə yemək, siqaret verirdik. Bizim əsirlərə isə ermənilər dəhşətli işgəncələr verirdilər, ac-susuz qoyurdular..." /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü