Aqil Abbas: 'KVN-çilərimiz Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, çıxmalıydı' - VİDEO
Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən komanda ermənilərin etirazından sonra Şuşa adını "Buta" ilə əvəzləyib.
Azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas ölkəmizi təmsil edən komandanın belə addım atmasını sərt tənqid edib:
"Şuşa adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O, ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Jaqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!"
Qeyd edək ki, komandanın rəhbəri Müşfiq Abbasov Baku.tv-yə müsahibəsində bildirib ki, onların ikinci tura keçmələri üçün Şuşa adının dəyişdirilməsini tələb edib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var