Aqil Ələsgər Şimali Kipr mediasına danışdı: "Prezident İlham Əliyevin mövqeyi Türk dünyasına açıq mesajdır
Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı mövqeyini Şimali Kipr mediasına şərh edib.
azxeber.com xəbər verir ki, jurnalistin fikirləri Kipr mətbuatının əksər aparıcı xəbər portallarında yayımlanıb.
Şimali Kipr mətbuatı ilə söhbətində A.Ələsgər bildirib ki, bir neçə il öncəyə qədər ŞKTR məsələsi Türk dövlətlərinin prioritet mövzuları arasında yer almırdı. Lakin Qarabağ zəfərindən sonra Azərbaycan və Türkiyənin koordinasiyalı siyasi xətti nəticəsində bu gün ŞKTR beynəlxalq platformalarda görünməyə başlayıb.
O, eyni zamanda qeyd edib ki, ötən həftə Bakıda keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda Prezident İlham Əliyev bir daha qardaş Şimali Kiprə dəstəyini açıq şəkildə ifadə edib:
"Cənab Prezident qardaş ŞKTR-nin dövlət kimi tanınması üçün hər zaman dəstək verəcəklərini açıq şəkildə bildirdi. Digər siyasətçilərin ŞKTR-yə məsafəli yanaşmalarını isə tənqid etdi. Bu tutum digər Türk dövlətlərinə ünvanlanmış açıq mesaj xarakteri daşıyır".
MŞ üzvü həmçinin Azərbaycan Prezidentinin bu prinsipial mövqeyinin bölgədə yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb:
"Prezident Əliyev ŞKTR-ni müstəqil bir Türk dövləti olaraq görür və bu düşüncəsini dəfələrlə ifadə edib. Ersin Tatarın Şuşada keçirilən TDT Zirvəsində iştirakı və ŞKTR bayrağının orada dalğalanması bu prosesin simvolik mərhələsi idi".
O qeyd edib ki, Azərbaycanın ŞKTR ilə bağlı siyasəti artıq konkret xarakter almaqdadır və bu istiqamətdə atılan addımların arxasında qətiyyətli iradə dayanır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir