AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb
AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, COP29 konfransının keçirilməsi ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində aprel ayının 22-dən etibarən monitorinqlərin növbəti mərhələsinin keçirilməsinə başlanılıb.
53 ticarət və 50 ictimai iaşə olmaqla, ümumilikdə 103 müəssisədə monitorinqlər həyata keçirilib. Monitorinqlər nəticəsində 50 ticarət və 43 ictimai iaşə olmaqla, 93 müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib.
Agentlikdən bildirilib ki, bu cür nəzarət tədbirlərinin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) cari ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək.
AQTA COP29-la bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tədbirdə qidalanmanın təşkili ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR