Araqçının "Bakı ilə məsləhətləşirik" açıqlamasının PƏRDƏARXASI: Tehranın əsl məqsədi nədir? 

Araqçının İranın xarici işlər naziri Abbas Araqçı deyib ki,Tehran Cənubi Qafqaz siyasətini Azərbaycan və digər region ölkələri ilə məsləhətləşmə əsasında aparır. Onun bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Bəs görəsən, bu fikirlər nə dərəcədə realdır? İran tərəfinin belə bir açıqlaması və xüsusən, Azərbaycanın adını hallandırması nə ilə bağlıdır?
Mövzunu KONKRET.az-a politoloq Turan Rzayev şərh edib:
"Məlum olduğu kimi, İranla Azərbaycan arasında münasibətlər gərgin idi. Ancaq rəsmi Tehran dəyişən geosiyasi vəziyyət, xüsusilə də İsrail və ABŞ-ın İrana qarşı təzliqləri fonunda rəsmi Bakı və digər qonşularla münasibətləri normallaşdırmaq istəyir. İran gərginliyi aradan qaldırmaq üçün ardıcıl diplomatik fəaliyyət göstərməyə çalışır. Məsələn, Pakistanla birgə separatçılara qarşı ortaq antiterror əməliyyatları keçirməyə başlayıb.
Araqçının Türkmənistanla qaz sazişləri həyata keçirib. Bununla bir növ tənzimləmə siyasətini aparmaq istəyir. Azərbaycanla da münasibətləri normallaşdırmaq üçün ardıcıl diplomatik təmasətlər quruldu. Məsələn, sonuncu dəfə prezident Pezeşkianın səfərini qeyd edə bilərik. Əksəriyyəti biznesmənlər, investorlar və dövlət xadimləri olan böyük nümayəndə heyətinin Bakıya səfəri münasibətlərin yumşadılması üçün atılan addımlardan biridir. Yəni, İran son zamanlar aktiv şəkildə  Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Bunun ən önəmli səbəbi İsrail ilə yaşanan gərginlikdir. Belə ki, İsrail hazırda İranla savaş astanasındadır və hər an bu alov şiddətlənə bilər. Belə olan təqdirdə İran ən azından qonşularından təhdid gəlməməsi üçün problemləri aradan qaldırmağa çalışır.Ancaq Tehran unudur ki, rəsmi Bakı bugünə qədər İrana qarşı hansısa bir təhdidə yol verməyib. Eyni zamanda İrana qarşı sanksiyalara qoşulmayıb. İrana qarşı hansısa hərbə əməliyyat vəziyyətində öz sərhədlərini və ya hava məkanını açmayacağını vurğulayıb. Ancaq İran hər zaman Azərbaycana qarşı sərt ritorikaya üstünlük verib".
Politoloq bildirib ki, rəsmi Bakı regionda nüfuz sahibidir və müstəqil xarici siyasət yürüdür:
"Azərbaycan uğurlu balans siyasəti aparır və bunun təməlində dostları, qonşuları, hətta İran və Rusiya ilə normal münasibətlər dayanır. Hesab edirəm ki, Araqçının bu açıqlaması çox ustalıqla verilən diplomatik mesajdır və Azərbaycanın da adının hallanması əbəs deyil. İran demək istəyir ki, Azərbaycanla münasibətləri həll ediblər və hər şey yaxşıdır. Ancaq rəsmi Bakı artıq başa düşür ki, İrandan hər zaman problem yarana bilər. Ona görə də mövqeyində balansı qoruyur.Əgər İran münasibətlərdə normal olacaqsa və qaydalara riayət edəcəksə, o zaman rəsmi Bakı da adekvat mövqe sərgiləyəcək. Əks halda isə hər şey fərqli olacaq".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 22 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan havanın temperaturu xəbər.az xəbər az