ARDNF-in Müşahidə Şurasına yeni üzv təyin edilib
ARDNF-in Müşahidə Şurasına yeni üzv təyin edilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi parlamentin sədr müavini Adil Əliyev təyin edilib.
Fonddan verilən məlumata görə, A.Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır. O, 10 mart 2020-ci il tarixində Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri seçilib.
Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin və Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri, 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavinidir. Daha əvvəl A.Əliyev Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 9 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, ARDNF-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Sənədə görə, ARDNF-in Müşahidə Şurasının yeni tərkibinə Baş nazir, Milli Məclis sədrinin müavini, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb