Arıqlamaq istəyənlərin "ağzını kilidləyən" cihaz ixtira olunub - FOTO
Arıqlamaq istəyənlərin "ağzını kilidləyən" cihaz ixtira olunub - FOTO
Yeni Zelandiya Universitetinin tədqiqatçıları insanın sözün həqiqi mənasında ağzını kilidləyən yeni arıqlama cihazı icad ediblər.
Bu barədə "Vice Journal" xəbər verib.
Məlumata görə, "DentalSlim Diet Control" adlı ixtira maqnit kilidlə xəstələrin dişlərini bir-birinə bağlayır.
"Bu cihaz istifadəçinin ağzını yalnız 2 mm-ə qədər açmasına imkan verir. Beləliklə insan maye pəhrizlə kifayətlənir, eyni zamanda danışığında və tənəffüsündə məhdudiyyət yaranmır", - deyə cihazın yaradıcıları bildiriblər.
Məlumata görə, "DentalSlim Diet Control" sınaqlarında iştirak edənlər iki həftə ərzində ortalama 6.36 kq çəki itiriblər, bununla da arıqlamaq üçün böyük motivasiya əldə ediblər.
Bununla belə, cihazın yaradıcıları sosial şəbəkələrdə tənqid olunub, maqnit kilidlər isə qeyri-insani və qəddarcasına adlandırılıb.
İxtiraçılar cihazın sürətli və ya uzunmüddətli arıqlama vasitəsi kimi nəzərdə tutulmadığını bildiriblər.
"DentalSlim Diet Control" əksinə, əməliyyata ehtiyacı olan və arıqlayana qədər əməliyyat edə bilməyən insanlara kömək etməlidir", - deyə cihazın yaradıcıları əlavə ediblər.
Həmçinin o da vurğulanıb ki, istifadəçilər istənilən vaxt maqnitləri söndürə bilərlər.



Turlar.az [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR