Artur Xaçikyan: "Bizi aldatdılar, Qərb isə İlham Əliyevi etibarlı tərəfdaş elan etdi"

Artur Xaçikyan: Ermənistanın məğlubiyyətini analiz edən siyasi ekspertlər hesab edirlər ki, ölkənin bu druma düşməsinə səbəb bir neçə qrupun müxtəlif təşkilarlardan aldıqları qrantlardır. Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan özünün "Teleqram" kanalında bunlar barədə yazıb və Ermənistanda son bir neçə ildə bir qrup təşviqatçının – yaydığı yalan vədlərin və nağılların siyahısını tərtib edib:
1. Pelosinin səfəri o deməkdir ki, ABŞ bizə kömək edəcək.
2. Makronun ermənilərə dəstək verməsi ilə bağlı erməni dilində açıqlamaları və təsirli yazıları Fransanın bizə kömək edəcəyi anlamına gəlir. (Makron heç bir sanksiyaların olmayacağını bəyan etdi, Qarabağın etnik təmizlənməsinə məhəl qoymadı və Ukrayna, Özbəkistan, Qazaxıstandan fərqli olaraq Ermənistana səfər etmədi.)
3. Biz demokratik ölkə olduğumuz üçün demokratik qərb bizə kömək edəcək. Əvəzində isə Qərb İlham Əliyevi etibarlı tərəfdaş elan etdi.
4. Laçın dəhlizinin açılması ilə bağlı Haaqa Məhkəməsinin qərarı və beynəlxalq ictimaiyyətin təzyiqi bizə kömək edəcək.
5. Əgər biz Rusiyanın müttəfiqi olmasaq və KTMT-dən çıxsaq, Qərb bizə kömək edəcək. (Fransa simvolik yardım göstərdi, halbuki biz hələ də Rusiyanın müttəfiqi sayılırıq və hələ də KTMT-dəyik. Azərbaycan Rusiyanın rəsmi tərəfdaşıdır, lakin ABŞ-dan hərbi yardım alır.)
6. Qərb Ukraynaya kömək etdiyi kimi bizə də kömək edəcək. (Qərb Ukraynaya 250 milyard dollar və ən müasir silahlar verdi, amma indi Ukraynanı tərk edir, onu düşmənlə baş-başa qoyur, pulun bitdiyini deyir)
7. Avropalı müşahidəçilər təhlükəsizliyimizi təmin etməklə bizə kömək edəcəklər. (Avropalı müşahidəçilər nə Ermənistana, nə də Qarabağa kömək etmədilər)
8. Zəlzələ zamanı Türkiyəyə "qardaş" yardımı münasibətlərin yaxşılaşmasına səbəb oldu. (Türkiyə yardımı qəbul etdi, sonra da Azərbaycana erməniləri Qarabağdan qovmağa kömək etdi və daha sərt, anti-erməni mövqeyi tutdu)
9. Qərb Qarabağın etnik təmizlənməsinə icazə verməyəcək. Dövlət Departamenti və Avropa Parlamenti sərt bəyanatlar qəbul edəcək. (Qərb ermənilərin qovulmasına icazə verdi və etnik təmizləmənin baş verdiyini tanımaqdan imtina etdi. Qərb hökumətləri baş verənləri soyqırım adlandıran Okamponun məşhur hesabatından sonra da Qarabağın blokadasına məhəl qoymadılar)
10. Ermənistana hücum və ya Qarabağda etnik təmizləmə olarsa, Qərb sanksiyalar tətbiq edəcək. (Qərb hökumətləri heç bir sanksiya olmayacağını bəyan etdilər)
11. Qonşularımızla dinc yaşamaq üçün Qarabağı təslim etməliyik. (Qarabağın ölümündən sonra Azərbaycan Ermənistana yeni tələblər irəli sürdü. Onlar anklavları, dəhlizləri və azərbaycanlıların Ermənistan ərazisinə qayıtmasını tələb edirlər)
12. Biz Qərblə birlikdə olsaq, bizə kömək gələcək. (Qərb ermənilərin etnik təmizləməsini səssizcə qəbul etdi, Azərbaycanı cəzalandırmaq üçün heç bir iş görmədi və neft ehtiyatlarına görə Azərbaycanı Qafqazda əsas müttəfiqi elan etdi)
13. Fransa bizə hərbi yardım etdi. (Fransa Ermənistana özünün 23 il əvvəl imtina etdiyi, Rusiya ilə müharibədə ukraynlıların işinə yaramayan, şəxsi heyəti mərmilərdən, raketlərdən və ya PUA-lardan qoruya bilməyən, sülhməramlı və kəşfiyyat missiyaları üçün ən kasıb Afrika ölkələrinə ixrac edilən döyüş maşınları göndərdi)
14. Demokratik Qərb və sivil dünya birliyi Ermənistanın gələcəyidir dedilər. (Demokratik Qərb Ukraynanı müharibəyə təhrik etdi, ukraynalılar 2020-ci ilin yazında sülh danışıqlarını dayandırmağa məcbur olundular. İndi isə onu öz taleyi ilə üz-üzə buraxdılar. Qərb hətta 1947-ci ildə BMT tərəfindən tanınan Fələstin əhalisinin soyqırımını, dinc əhalinin öz ərazisində məhv edilməsini səssizcə qəbul edir. Qurbanların sayı 20 minə çatıb, bunların əksəriyyəti də uşaqlardır. ABŞ Hökuməti İsrail ordusuna fəal kömək göstərməkdə, fələstinlilərin soyqırımına məhəl qoymamaqda və dünya ictimaiyyətinin müharibəni dayandırmaq cəhdlərinin qarşısını almaqda davam edir.)
15. Qonşularla sülh müqaviləsi bizi gələcəkdə müharibədən qoruyacaq. (9 noyabr 2020-ci il tarixli müqavilə bağlandıqdan cəmi 3 il, 2014-cü il Minsk razılaşmaları 6 il sonra pozulub və Almaniya, Fransa liderləri bu vaxtdan yeni müharibəyə hazırlaşmaq üçün istifadə etdiklərini etiraf ediblər)
16. Qərb beynəlxalq səviyyədə tanınmayan Qarabağda etnik təmizləməni qəbul etdi, görəsən beynəlxalq səviyyədə tanınan Ermənistan ərazisinin işğalına necə reaksiya verəcək?"
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 25 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az sou biznes xeberler bu gun cəbhədən xəbər