"Arvadım dedi ki, evə müştəri gətirəcək..." - Azərbaycanda ailə davası

Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Ramal ailə münaqişəsi zəminində arvadı Mərcana (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il sentyabrın 23-də baş verib. Ramal arvadı Mərcanla mübahisə edib, döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Ramal elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mərcan ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub: "Birgə nikahımızdan 2009-cu il təvəllüdlü Məlahət və 2012-ci il təvəllüdlü Əli dünyaya gəldi. Evliliyimizin ilk vaxtları münasibətlərimiz normal olub. Mərcan dırnaq qaynağı ustası olduğundan aramızda narazılıq onun işi ilə bağlı yaranıb".
Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 23-də saat 18 radələrində işdən evə gəlib: "Mərcandan harasa gedib-getmədiyini soruşdum. Dedi ki, evə müştəri gələcək. Qayıtdım ki, işdən yorğun gəlmişəm, qonaq otağında dincəlirəm. Tələb etdim ki, gələcək müştərinin dırnağını yataq otağında düzəltsin. Mərcan isə əksinə, müştərini qonaq otağında qəbul edəcəyini bildirdi.
Həmçinin mənə kəskin cavab qaytardığından, kobud danışdığından evimizin qonaq otağında aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək onun sifət nahiyəsinə, başına yumruqla zərbələr vurdum".
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra əsəbi soyuduğu üçü Mərcandan əl çəkib və evdən çıxıb: "Hava almaq üçün həyətə düşdüm. Sentyabrın 24-də Mərcan yenə mənə məlumat vermədən dırnaq düzəltmək üçün qonşuya getdiyindən əsəblərimi sakitləşdirmək, bir daha Mərcanla dava-dalaş etməmək üçün onu və uşaqları apararaq anasıgilə qoydum".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mərcanın sözlərinə görə, son iki ildir ərinin ona olan münasibəti dəyişdiyindən aralarında ailə münaqişələri yaşanıb: "Bir neçə dəfə Ramal məni evdən qovdu. Lakin uşaqlarını xatirinə barışdıq. Xadimə işləməklə yanaşı evdə fərdi qaydada dırnaq ustası kimi də fəaliyyət göstərirəm".
Zərərçəkmiş şəxs deyib ki, sentyabrın 23-də, saat 18 radələrində Ramal əsəbi halda evə gəlib: "Aramızda mübahisə oldu. Ramal əsəbiləşərək üstümə hücum çəkdi, yumruqla başıma, sifət nahiyəmə, ayağıma bir neçə zərbə vurdu. Halımın yaxşı olmadığını gördü, məni daha vurmadı və sakitləşərək evdən getdi. Gecəni evdə qaldım".
Zərərçəkmiş bildirib ki, sentyabrın 24-də Ramal ondan israrla evdən getməyi tələb edib: "Məni evdən qovdu. Uşaqlarımla birlikdə axşam Sumqayıt şəhərində yaşayan qayınanamgilə getdim. Orada olduğum zaman anam baş verən hadisə barədə xəbər tutdu və dayıma məlumat verdi. Dayım da sentyabrın 25-də Daxili İşlət Nazirliyinin 102 xidmətinə zəng vuraraq mənim ərim tərəfindən döyülməyim barədə məlumat verdi".
Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Ramalın barəsində Milli Məclisinin "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan iş üzrə icraata xitam verilib.

Sosial       Tarix: 07 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər bugün 2026 beynelxalq bank mezenne maşın realiti şou