Arvadını qısqanan kişi mağazanı partlatdı - ANBAAN VİDEO
Arvadını qısqanan kişi mağazanı partlatdı - ANBAAN VİDEO
Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərində Şaxta baba maskasında olan kişinin mağazada partlayış törətdiyi anın görüntüləri yayılıb.
Kadrları "Mash" "Telegram" kanalı yayımlayıb.
Müşahidə kamerasından qeydə alınan görüntülərdə müştərilərin mağazadan qaçdığı və iki kişinin davası nəticəsində manekenlərin aşdığı görünür. Bundan sonra onlardan birinin əlində nəsə tüstüləyib və saniyələr içində partlayış baş verib.
Nəticədə üç nəfər yaralanıb. Partlayışı törədən şəxsin özünün də yaralandığı qeyd olunur, onun qolu qopub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qumbaranı partladan şəxsin arvadı kişinin evdə zorakılıq və hədələrindən danışıb. Tanışlarının sözlərinə görə, buna görə onlar boşanıblar.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.
Faktla bağlı araşdırma aparılır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb