ASB' maliyyə vəziyyətini açıqladı

Bank ilk yarımili xalis mənfəət ilə bağlasa da, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə az qazanıb.
"Azərbaycan Sənaye Bankı" ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 113 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 3 milyon 368 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 3 dəfə azalıb. Mənfəətin azalmasının səbəbləri faiz gəlirlərinin azalması və bu il ehtiyatdan vəsaitin azad olmaması, əksinə ehtiyata ayırma edilməsilə əlaqədardır. 
Marja Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-iyun dövründə 16 milyon 132 min manat təşkil etmiş faiz gəlirləri 2021-ci ilin eyni dövründə 14 milyon 359 min manata düşüb (1 milyon 773 min manat və ya 11% azalıb). Qeyri-faiz gəlirləri isə 2 milyon 780 min manatdan 2 milyon 964 min manata yüksəlib (184 min manat və ya 6,6% artıb). 
2021-ci ilin ilk 6 ayında "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17 milyon 323 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 444 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 879 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 483 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 283 min manat mənfəət vergisi ödəyib. Beləliklə, "Azərbaycan Sənaye Bankı" ilk 6 ayı 1 milyon 113 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2020-ci ilin ilk 6 ayında "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri 18 milyon 913 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 521 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 392 min manat təşkil etmişdi. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 805 min manat mənfəətə əlavə edilmiş və mənfəət 4 milyon 198 min manata yüksəlmişdi. Bank 830 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 3 milyon 368 min manat xalis mənfəət ilə bağlamışdı.
KREDİTLƏR AZALIB
30 İyun 2021-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC 864 milyon 683 min manat cəmi aktivlərə, o cümlədən 256 milyon 59 min manat kredit portfelinə malik olub. Bank 2020-ci ilin sonunda 911 milyon 504 min manat cəmi aktivlərə və 316 milyon 991 min manat kredit portfelinə malik idi.  Aktivlərin azalması Mərkəzi Bankda müxbir hesabın, "Nostro" hesabların və müştərilərə verilmiş kreditlərin azalması ilə əlaqədardır.
DİGƏR BANKLARDAKI DEPOZİTLƏRİ ARTIB
İlk 6 ayda "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri 51 milyon 618 min manata artaraq 495 milyon 656 min manata çatıb. Ötən ilin sonunda Bankın digər banklardakı depozitləri 444 milyon 38 min manat təşkil etmişdi.
Ötən ilin sonunda "Azərbaycan Sənaye Bankı"ndakı depozitlər (depozit portfeli) 639 milyon 932 min manat ikən, 30 İyun 2021-ci il tarixinədək 590 milyon 119  min manata düşüb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 İyun 2021-ci il tarixində "Azərbaycan Sənaye Bankı" 100 milyon 546 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 101 milyon 528 min manat məcmu kapitala malik idi.
ASB' maliyyə vəziyyətini açıqladıASB' maliyyə vəziyyətini açıqladıASB' maliyyə vəziyyətini açıqladıASB' maliyyə vəziyyətini açıqladıASB' maliyyə vəziyyətini açıqladı

İqtisadiyyat       Tarix: 13 iyul 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler cəbhədən son məlumatlar xeber az cəbhədən son dəqiqə