Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi ölkəmizin bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmuşdur. Aşıq Ələsgər yaradıcılığına dövlətimiz həmişə yüksək qiymət vermişdir. Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən 1972-ci ildə dövlət səviyyəsində ustadın anadan olmasının 150 illiyi, 1997-ci ildə isə175 illik yubileyi qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verilən yüksək dəyərdir.
Aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi, 2021-ci ildə isə 200 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə "Aşıq Ələsgər adına Aşıq Məktəbi" açılmışdır.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi, ölkə başçısının aşıq sənətinə, mədəniyyətimizə, eləcə də görkəmli şəxsiyyətlərimizə verilən yüksək dəyərin bariz nümünəsidir.
Prezident Əliyev çıxışında Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi dəyər kəsb etdiyini qeyd edərək, onun əsərlərinin təkcə Azərbaycan mədəniyyətində deyil, həm də bütün türk dünyasında böyük iz buraxdığını vurğuladı.
Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrlə tanınır və onun irsi bugünkü Azərbaycanın milli mədəniyyətinin vacib hissələrindən biridir. Cənab Prezidentin qeyd etdiyi kimi, "gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."
Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev, küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur.
"O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər" - deyən dövlətimizin başçısı vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.
İkram Manafov
Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, Əməkdar müəllim / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb