"Asiya İnkişaf Bankının Azərbaycanla əməkdaşlığı digər qurumlardan fərqlənir"

"Asiya İnkişaf Bankının Azərbaycanla əməkdaşlığı digər qurumlardan fərqlənir"Azərbaycanın maliyyə vəsaitləri artdıqca, özümüzün maliyyə ehtiyatları yarandıqca beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq tamamilə yeni bir forma almağa başlayıb.
Bunu Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfransı şərh edərkən deyib.
"Asiya İnkişaf Bankının Azərbaycanla əməkdaşlığı digər qurumlardan fərqlənir""Azərbaycan höküməti demək olar ki, dünyanın bütün beynəlxalq maliyyə qurumları, təşkilatları ilə əməkdaşlıq edir və bu əməkdaşlığa dövlət başçımız çox böyük önəm, əhəmiyyət verir. Həmin maliyyə qurumları ilə Azərbaycanın əməkdaşlığının çox böyük əhəmiyyəti və nəticələri var və bu, zaman etibari ilə özünü müxtəlif xarakterdə göstərir. Belə ki, vaxt var idi ki, biz həmin maliyyə qurumları ilə əməkdaşlıqda daha çox dost vəsaitlərinə ehtiyac duyurduq və bu, bilavasitə ölkədə iqtisadi stabilliyə nail olmaq, müasir inkişaf etmək və sair baxımından, yəni hökümətin həyata keçirdiyi müvafiq daxili iqtisadi siyasətlə bağlı xarakterizə olunurdu. Amma getdikcə Azərbaycanın maliyyə vəsaitləri artdıqca, özümüzün maliyyə ehtiyatları yarandıqca həmin maliyyə qurumları ilə əməkdaşlıq tamamilə yeni bir forma almağa başladı. Yəni, artıq sözügedən qurumlar Azərbaycanla əməkdaşlıqda yeni istiqamətlər seçmək məcburiyyətində qaldı. Bu qurumlar içərisində Asiya İnkişaf Bankının xüsusi yeri var. Bunu dövlət başçımız videokonfransda da xüsusi olaraq qeyd etdi".
O bildirib ki, dövlət başçışımızın Cənub qaz dəhlizi layihəsi ilə əlaqədar buna ən birinci müsbət reaksiya verən maliyyə qurumunun məhz, Asiya İnkişaf Bankının olması nüansına toxunması bunu deməyə əsas verir.
"Halbuki ölkə başçısının da qeyd etdiyi kimi, söhbət Azərbaycan qazının Avropaya ixracından, yəni, Avropa üçün əhəmiyyətli bir məsələdən gedir. Amma Avropa bankları, hələ bu barədə düşündüyü zaman Asiya İnkişaf Bankı bu layihəyə dəstəyini göstərib və layihənin əhəmiyyətli olduğunu digər maliyyə qurumlarından fərqli olaraq birinci bəyan edib".
Ekspertin fikrincə, Asiya İnkişaf Bankının Azərbaycanda göstərdiyi fəaliyyət, maliyyələşdirdiyi bir çox sahə ölkəmizin gələcək inkişafı üçün xüsusilə böyük əhəmiyyət daşıyır.
"Videokonfransda da qeyd olunduğu kimi, Asiya İnkişaf Bankı aqrar sektorun inkişafı ilə bağlı məsələlərdən tutmuş, yol tikintisi, o cümlədən nəqliyyat və bir sıra çoxsaylı infrastruktur layihələrinin dəstəklənməsi, hətta, elektrik enerjisinin istehsalına qədər, yəni, ölkənin enerji təhlükəsizliyi ilə bağlı da bir sıra layihələrdə Azərbaycanla əməkdaşlıq edir və bu sahədə müvafiq layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Asiya İnkişaf Bankının Azərbaycanla əlaqələri, əməkdaşlığı digər qurumlardan fərqli olaraq daha çox seçilir və elə dövlət başçımız da bu banka öz məmnunluğunu açıq şəkildə videokonfrans zamanı bildirib".
Qeyd edək ki, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 03 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe