"AstraZeneca" qan laxtalanmasına səbəb olur? - AÇIQLAMA + VİDEO
"AstraZeneca" qan laxtalanmasına səbəb olur? - AÇIQLAMA + VİDEO
"AstraZeneca" peyvəndinin ucuz olması bəzi şirkətlərin müəyyən kommersiya maraqlarına toxunur və bu səbəbdən ona qarşı kampaniya aparılır.
Bunu "ARB 24"ün "Nə baş verir?" verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.
O bildirib ki, "AstraZeneca" "Sрutnik V" və "CoronaVac" peyvəndindən daha keyfiyyətlidir:
"AstraZeneca" peyvəndi yüksək səviyyəli peyvənddir. Britaniyada milyonlarla insana bu peyvənddən vurulub. Bəli, onun əks təsirləri ola bilir. Müəyyən edilmişdi ki, trombositlərin sayı aşağı olan insanların beyninin əsas venalarında tromboz halları baş verir və bu da insultlara gətirib çıxara bilir.
Ola bilsin ki, buna görə peyvənd vurulmazdan əvvəl bəzi şəxslər yoxlansın və belə onlarla bağlı müəyyən hazırlıq tədbirləri görülsün. Amma bu, kütləvi hal daşımadığı üçün belə epizodlara görə müasir texnologiya ilə hazırlanmış peyvəndi qaralamaq, ona qarşı kampaniya aparmaq qətiyyən düzdün deyil. Hər halda "AstraZeneca" Rusiyanın "Sрutnik V", Çinin "CoronaVac" vaksinindən qat-qat yüksək texnologiya ilə hazırlanmış peyvənddir".
Türkiyəli həkim Muhammed Akkoyunlu isə qeyd edib ki, "AstraZeneca" peyvəndinin istehsalçısı yan təsirləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirməlidir:
"AstraZeneca" peyvəndinin yan təsirləri ilə bağlı yayılan məlumatlara istehsalçı şirkət və distribyutor tərəfindən aydınlıq gətirilməlidir. Əgər bu peyvənd yüz milyonda bir ölümə səbəb olarsa və eyni zamanda virusun qarşısını alarsa, o zaman ondan istifadə edilməsinə icazə verilə bilər. Peyvəndin trombozlar yaratması, bu halların neçə faiz olması və s. kimi qaranlıq qalan məlumatlarla bağlı isə istehsalçılar tərəfindən məlumat açıqlanmalıdır".
/oxu.az
f PaylaşTezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR