Astronomlar böyük bir topluda ulduzları "yeyən" "hörümçək pulsarları" aşkar ediblər
Astronomlar böyük bir topluda ulduzları "yeyən" "hörümçək pulsarları" aşkar ediblər
Fransa, İtaliya, Avstraliya, ABŞ və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu 300 yeni neytron ulduzu tapıb və onları kataloqa daxil ediblər.
Tədqiqat "The Astrophysical Journal" (TAJ) elmi jurnalında dərc olunub.
Alimlər bu kəşfləri "Fermi" kosmik qamma-teleskopundan istifadə etməklə apardıqları müşahidələr sayəsində ediblər. Bəzi neytron ulduzlarının saniyədə yüzlərlə dəfə fırlandığı məlumdur və onlara millisaniyə pulsarları deyilir. 2008-ci ildə "Fermi" işə salınmazdan əvvəl bəşəriyyətə 10-dan az belə obyekt məlum idi.
Astronomlar qrupunun gəldikləri nəticəyə əsasən, aşkar edilmiş topluda qara dul hörümçəklərin öz növündən olanları yediyi kimi qonşuluqda yerləşən ulduzları udmaq qabiliyyətinə görə belə adlandırılmış bir neçə "hörümçək pulsar" var.
"Qamma şüalarından istifadə edərək millisaniyə pulsarını aşkarlaya bildiyimizə görə çox ruhlanmışdıq. Bu yüksək sürətli pulsarlar təbiətdə ən dəqiq vaxt qoruyucuları olaraq qalırlar", - deyə tədqiqatın müəlliflərindən biri, astrofizik Metyu Kerr bildirib.
Millisaniyə pulsarlarından çıxan aşağı tezlikli qravitasiya dalğalarını izləyərək, onları kosmik saat kimi istifadə etmək mümkündür. Kəşf qalaktikaların necə əmələ gəlməsini daha yaxşı anlamağa kömək edəcək, həmçinin uzaq gələcəkdə kosmosda naviqasiya üçün pulsarlardan istifadə etməyə imkan verəcək.
Mənbə: gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR