Ata uşağını döydü, anası çəkib "Facebook"da yayımladı - VİDEO
Ata uşağını döydü, anası çəkib "Facebook"da yayımladı - VİDEO
Ukraynalı deputatın oğlunun azyaşlı uşağını döyməsi öz ölkəsində böyük müzakirələrə səbəb olub. Maraqlıdır ki, hadisənin kadrlarını uşağın anası özünün "Facebook" səhifəsində paylaşıb.
Bu barədə xəbəri Lenta.ru yayımlayıb.
Kadrlarda döyülən uşağın yalvarış səsinə baxmayaraq, atanın döyməyə davam etməsi və bu zaman da "Ağzını yum! Ağzını yum..." deyərək söyməsi görünür.
Bildirilir ki, kişi Ukraynada Dnepropetrovsk Regional Şurasının "Müxalifət Bloku"ndan olan deputatın oğlu Viktor Yarovoydur.
Uşağın anası Aleksandra Yarovaya bu anları videoya çəkməyin onun üçün iyrənc hal olduğunu bildirib: "İnsanlar dəyişmir. Oğlumdan üzr istəmişəm artıq. Ümid edirəm ki, məni bağışlayar. Atası Yeni il münasibəti ilə oğlunun yanına gəlmişdi".
Yarovaya son zamanlar əri ilə birlikdə yaşamadığını - davamlı döyülməsi səbəbindən onu tərk etdiyini deyib. Qadın əvvəllər ərinin yalnız ona əl qaldırdığını, ancaq atası ilə danışmaqdan imtina etdikdən sonra oğlunu da döyməyə başladığını vurğulayıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb