Ata və oğul evə çağırdıqları "Azəriqaz"ın əməkdaşını döyüb? - Polis araşdırır
Nizami rayonu Keşlə qəsəbəsində "Azəriqaz"ın əməkdaşının abonent tərəfindən döyüldüyü iddia edilir.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vətəndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu deyib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.
Həmçinin qeyd edilib ki, ünvana çatan kimi ata oğlu ilə birləşib və onu döyüb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb. Əməkdaş təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunub, izahatları alınıb:
"Hadisə aidiyyəti qurumun əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.
Hazırda müraciət üzrə araşdırma aparılır.
Gözlə görünən xəsarət aşkar edilməsə də, müvafiq qaydada məhkəmə-tibbi ekspertizanın təyin edilməsi nəzərdə tutulur.
Araşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib