"Atəş açdılar, maşını saxladım" - Polisin üstünə maşın sürən narkotacir danışdı
Daxili İşlər Nazirliyi (DİN) Bakıda idarə etdiyi avtomobili polisin üstünə sürərək qaçmaq istəyən narkotacirlə bağlı məlumat yayıb.
Azxeber.com xəbər verir ki, yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov "Daewoo" markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub.
O saxlanılarkən avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb.
Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar.
V.Hüsyenova istintaqa ilkin ifadəsində bildirib ki, polis əməkdaşları ona yaxınlaşanda qaçmağa cəhd edib: "Avtomobili polis maşının üstünə sürdüm ki, qaçım. Atəş açdılar, maşını saxladım. Maşına baxış keçirilən zaman metamfitamin deyilən "şüşə" aşkar olundu. Özüm onu satmaq mqəsədi ilə xarici ölkənin vətəndaşından almışam.Ümumiyyətlə, bu narkotikin satışı ilə məşğulam. Bundan əvvəl də bir dəfə buna görə məhkum olunmuşam".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var