Atmosferdəki dəyişiklikləri izləmək üçün Azərbaycanda yeni sistemi yaradılacaq
Atmosferdəki dəyişiklikləri izləmək üçün Azərbaycanda yeni sistemi yaradılacaq
"Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ETSN-in hidrometeorologiya sahəsinin modernləşdirilməsi, ölkədə dövlət investisiyaları çərçivəsində ən müasir texnologiyalar tətbiq olunur:
"İstər atmosferdə baş verən dəyişiklikləri izləyən ən müasir dopler radarlarından istifadə, istərsə də yaxın gələcəkdə ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması ilə bağlı yeni biliklərə malik olan gənc mütəxəssislərin bizim sahəyə gəlməsinin vacibliyini artırır. Buna görə də kadr potensialının artırılmasına yönələn işlərin görülməsi prioritetimizdir.
Burada həm Türkiyə Meteorologiya Nazirliyinin, həm Avropa Birliyi və BMT-in dəstəyi ilə müxtəlif layihələr çərçivəsində təlimlərin keçirilməsi mütəmadi şəkildə təşkil olunacaq. Rəqəmli modellərin tədbiqi bir tələb olaraq hidrometeoroloqlarla bərabər, fizika, riyaziyyat və İT sahəsində bilikləri olan mütəxəssislərin fəaliyyət göstərməsini şərtləndirir".
"Ümid edirik ki, ümumiyyətlə hava proqnozunun hazırlanması prosesinin nə dərəcədə maraqlı olduğunu nəzərə alaraq, gənclərin hidrometeorologiya sahəsinə yönəlməsini təmin edə biləcəyik", - deyə U.Tağıyeva əlavə edib.
İlhamə Əbülfət
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR