Audiovizual Şura canlı yayımda baş verən davaya görə cəza verə bilər - RƏY + FOTO

Audiovizual Şura canlı yayımda baş verən davaya görə cəza verə bilər - RƏY + FOTOAudiovizual Şura canlı yayımda baş verən davaya görə cəza verə bilər - RƏY + FOTO
İctimai-sosial verilişin efirində ötən gün qalmaqal yaşanıb. Proqrama problemi ilə bağlı müraciət edən şəxslə ekspert arasında mübahisə düşüb. Hətta əlbəyaxa davaya çıxıblar. Nalayiq ifadələr səsləndirilib. Bu məqamlar canlı efirdə də yayımlanıb.
Bəs görəsən, efir qaydalarına riayət etməyən şəxsi verilişə dəvət etmək nə dərəcədə doğrudur? Yoxsa, bu qalmaqal efirlərin də xeyrinədir? Ümumiyyətlə efir mədəniyyətində nələrə riayət olunmalıdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin sözlərinə görə, proqramların yaradıcı heyətləri mövzularına uyğun olaraq ekspert dəvət etməkdə sərbəstdirlər:
Audiovizual Şura canlı yayımda baş verən davaya görə cəza verə bilər - RƏY + FOTO"Açığı dediyiniz məsələdən xəbərsizəm. Həmin epizodlara baxmamışam. Lakin prinsip etibarilə istənilən televiziya və radio, o cümlədən teleradioda proqramların yaradıcı heyətləri mövzularına uyğun olaraq ekspert dəvət etməkdə sərbəstdirlər.
Ekspert dediyimiz şəxsin cəmiyyətdə fikirlərinin bəlli bir dəyəri olmalıdır. Ekspert, mütəxəssis deməkdir. Həm akademik karyeri, həm də praktik bilgiləri olan şəxsə mütəxəssis deyilir. Ona görə də, proqram rəhbərləri özünə ekspert deyənləri yox, mütəxəssisləri mövzuya uyğun dəvət etməlidirlər. Onlar nə qədər müstəqil olsalar da, tamaşaçılar qarşısında məsuliyyəti nəzərə almalıdırlar.
Təbii ki, həm etik, həm də hüquqi məsuliyyəti nəzərə alıb elə şəxs mütəxəssis-ekspert kimi dəvət edilməlidir ki, ondan izləyicilər faydalansın".
Ə.Məmmədli qeyd edib ki, ekspertlərin dilə gətirdiyi fikirlər cəmiyyət üçün zəruridir:
"Onların fikirləri cəmiyyəti yanlış nəticələrə aparıb çıxara bilər. Bunun da bərpası çox çətin olar. Efirdə dedikləri sözün, davranışların məsuliyyəti sadəcə özləri və proqram üçün deyil, bütün cəmiyyət üçün zəruridir. Bu baxımdan hər nə qədər sərbəst ekspert təyin etmək imkanı olsa da, proqramlar həssas məsələləri nəzərdə saxlamalıdırlar.
Efir mədəniyyəti, televiziya və radioların, o cümlədən ümumiyyətlə, kütləvi yayılan bütün informasiya resurslarının ən ciddi əməl etməli olduğu prinsiplər sırasındadır. Bu, həm verilişdə iştirakçılara, həm aparıcıya, həm də qonağa aiddir. Hüquqi və etik qaydalara riayət olunmalıdır".
Media hüququ üzrə mütəxəssisin fikrincə, efirə dəvət olunan şəxs etik və hüquqi məsuliyyəti bilməlidir:
"Efirə dəvət olunan şəxs etik və hüquqi məsuliyyəti bilməlidir. O, izləyici qarşısına çıxır. İzləyicilər ən azından şəxsə etimad edib proqramı izləyirlər. Bununla yanaşı onu övladı, ailəsi izləyir. Ona həm milli-mənəvi dəyərlər, həm də şəxsi hüquqlarının qorunması baxımından zərər verə biləcək heç bir şey olmamalıdır.
Yeni Media haqqında Qanunun dördüncü maddəsində proqramlara verilən tələbə görə, konkret olaraq yayımçıların üzərinə qoyulan öhdəliklər var. Bu da müxtəlif hüquqi, inzibati, mülki məsuliyyət yaradır, hətta cinayət məsuliyyəti də yarada bilir. Yəni bütün bunları nəzərə almaq lazımdır.
Hüquqi baxımdan ayrıca onu da deyim ki, bununla bağlı dövlətin özünütənzimləmə funksiyası var. Dövlət teleradio sahəsini tənzimlənən sahə olaraq görür. Bu sahədə lisenziyalaşdırma fəaliyyəti həyata keçirir. Bununla bağlı Audiovizual Şura deyilən rəsmi bir şura var ki, bu şurada həm televiziya və radiolarda olan kontent - məzmun məsuliyyəti daşıyır, həm də onların hüquqa uyğun şəkildə fəaliyyət göstərməsinə nəzarət edilir.
Bu baxımdan, əgər mövzuda, kontentdə bir problem yaranıbsa, bununla bağlı həmin televiziyaların lisenziya şərtləri pozulmuş anlamına gəlir. Lisenziya qaydalarına görə də, bunlar bir neçə dəfə təkrarlanarsa, şura hətta lisenziyanın geri alınması və fəaliyyətinin dayandırılmasına qədər tələblərlə məhkəməyə müraciət edə bilər. Şuranın səlahiyyətindədir. Odur ki, əgər burada sözügedən formatda bir hadisə baş veribsə, həm də Audiovizual Şura tərəfindən inzibati cəzalandırılma barədə yaxın günlərdə eşitməlisiniz".
Nəzrin Vahid

Maraqlı       Tarix: 01 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri