Avetisyan: "İlham Əliyev dediyini edəcək"

Avetisyan: "Əgər hər hansı Facebook istifadəçisi öz paylaşımında "Nikol Paşinyan azərbaycanlıdır" qeyd etsə, o, dərhal həbs olunacaq, bütün hüquq-mühafizə orqanları onun haqqında cinayət işi qaldıracaq və onu ağır cinayətkar kimi təqdim edəcək. Paşinyan ona "türk" deyənlərdən çox inciyir".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni analitik Harutyun Avetisyan yazıb.
O, daha sonra fikirlərini belə davam etdirib:
"Azərbaycan prezidenti İlham Əliyev artıq on dəfədir ki, Ermənistanı "Qərbi Azərbaycan" adlandırır və bəyan edir ki, 300 min azərbaycanlı Ermənistana, Azərbaycana məxsus paytaxt İrəvana qayıtmalıdır. Bütün bu bəyanatlara dövlət olaraq Ermənistanın hakimiyyətindən heç bir reaksiya yoxdur. Belə çıxır ki, İlham Əliyev dediyini edəcək.
Bu, bir daha sübut edir ki, Ermənistan həmin konsepsiyanın substantiv, funksional mənasında dövlət qurumu kimi mövcud olmaqdan çıxıb, bir şəxsin və ona xidmət edən qrupun maraqlarına xidmət edən sistemə çevrilib.
Başqa sözlə, Ermənistanın dövlət idarəetmə sistemi üçün bir nömrəli prioritet dövlətin deyil, hakimiyyətin maraqlarının qorunmasıdır. Bu da öz növbəsində o deməkdir ki, hakimiyyətin mənafeyini qorumaq, yəni hakimiyyətin uzunömürlülüyünü təmin etmək üçün dövlət maraqları qurban verilir. Daha sadə desək, əslində, Nikol Paşinyan Əliyevin Ermənistandan nə tələb etməsi onun üçün daha önəmlidir, onun üçün vacibdir ki, bu tələblər onun hakimiyyətinin mövqelərini sarsıtmasın, üstəlik, onları gücləndirmək üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir.
Bu vəziyyət, digər amillərlə yanaşı, həm də ona görə mümkün olub ki, Ermənistan cəmiyyətinin mühüm hissəsi öz dövlətinə Nikol Paşinyan kimi yanaşır: onlar ona qarşı yönəlmiş hər hansı təcavüzə və ya təhlükəyə biganədirlər".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 26 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda kriminal xeber sou xeberler bugun qurban bayrami 2026