Avro və rubl bahalaşdı, manat dəyişdi: 'Devalvasiya olsa

Avro və rubl bahalaşdı, manat dəyişdi: 'Devalvasiya olsaXəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı yanvarın 21-nə olan valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Türkiyə lirəsi 0,0393 manat təşkil edib. Avro 1,9821 manata, Rusiyanın 100 rublu isə 2,1870 manata qədər bahalaşıb.
Avro və rubl bahalaşdı, manat dəyişdi: 'Devalvasiya olsaİqtisadçı ekspert Rəşad Həsənov azxeber.com-a açıqlamasında bildirib ki, Azərbaycan manatının sabitliyi əsasən yalnız ABŞ dollarına münasibətdə qorunur:
"ABŞ dollarının digər valyutalara qarşı məzənnəsinin dəyişməsi avtomatik olaraq manatın da avro, rubl və digər valyutalara münasibətdə qiymətinin dəyişməsinə səbəb olur. Yəni manat bütün xarici valyutalara qarşı sabit deyil. Müxtəlif dövrlər üzrə baxdıqda görürük ki, manat digər valyutalara qarşı bəzən ucuzlaşır, bəzən isə bahalaşır".
Ekspertin sözlərinə görə, buna iki əsas amil təsir edir:
"Birincisi, ABŞ dollarının beynəlxalq bazarlarda dəyər qazanması və ya itirməsi ilə bağlı konjunkturdur. İkincisi isə digər ölkələrdə baş verən iqtisadi proseslərin həmin valyutaların məzənnəsinə təsiridir. Hazırda ABŞ-nin xarici iqtisadi siyasəti, ticarət müharibələri, qlobal qeyri-müəyyənliklər və beynəlxalq hüququn zəifləməsi dollarda müəyyən dəyərsizləşmə meylləri yaradır. Davos İqtisadi Forumunda aparılan müzakirələr və ABŞ-də Federal Ehtiyat Sistemi ətrafında baş verən dəyişikliklər də bu tendensiyanı gücləndirir".
R.Həsənov vurğulayıb ki, hazırkı dəyişiklikləri devalvasiya kimi qiymətləndirmək düzgün deyil:
"Dolların ucuzlaşması təbii olaraq avro və rublun bahalaşmasına səbəb olub. Bu isə manatın həmin valyutalara münasibətdə məzənnəsində dəyişiklik yaradıb. Lakin hazırda müşahidə olunan proseslər devalvasiya simptomları deyil, bazarın təbii dinamikası ilə bağlıdır".
Ekspert əlavə edib ki, manatın məzənnəsinə həm müsbət, həm də mənfi faktorlar təsir göstərir:
"2026-cı ilin büdcəsində nominal artımın məhdud olması valyuta tələbinin nisbətən aşağı qalmasına şərait yarada bilər. Digər tərəfdən, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarının artması bazarda yaranan təzyiqləri yumşaldır. Əhalinin əlində olan valyutanın kütləvi şəkildə bazara çıxmaması da stabilliyi dəstəkləyən amillərdəndir".
Bununla belə, Həsənov qeyd edib ki, uzunmüddətli risklər qalmaqdadır:
"Neftin qiyməti ilə bağlı vəziyyət proqnozlaşdırıla bilən deyil. Beynəlxalq maliyyə qurumları neftin ucuzlaşması ilə bağlı riskləri daha çox önə çəkirlər. Əgər uzun müddətdə neft qiymətləri düşərsə və eyni zamanda Azərbaycanın hasilat və gəlirləri azalarsa, hökumət müəyyən mərhələdə devalvasiya qərarı vermək məcburiyyətində qala bilər. Bu, uzunmüddətli perspektivdə qaçılmazdır".
Ekspertin fikrincə, 2026-cı ildə kəskin şoklar baş verməzsə, hökumət manatın ABŞ dollarına qarşı sabitliyini qorumağa çalışacaq və mövcud status-kvo saxlanılacaq.
Şəhanə Ziyad

İqtisadiyyat       Tarix: 23 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi