Avropa çempionatı: 5 boksçumuz rinqə çıxır 

Avropa çempionatı: 5 boksçumuz rinqə çıxır Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında bu gün yarışların ikinci günü keçiriləcək.
KONKRET.az xəbər verir ki, 40 ölkədən 473 idmançının qatıldığı turnirin ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və onların hamısı qələbə qazanıb.
Əli Abaslı 60 kq çəki dərəcəsində 1/16 finalda belçikalı Abdurahim Sounu 5:0 hesabı ilə məğlub edib. O, növbəti görüşündə türkiyəli Zeki Uğurla qarşılaşacaq.
Yusif Həsənli 66 kq-da portuqaliyalı Adrian Silvanı 5:0 hesabı ilə üstələyib və 1/8 finalda xorvatiyalı Lukas Fulanoviçlə üz-üzə gələcək.
Hidayət Məmmədov 70 kq-da israilli Demid Kloçko üzərində ilk raundda qələbə qazanıb. Azərbaycan boksçusunun növbəti rəqibi isveçrəli Joel Şuts olacaq.
Yusif Ağakişiyev isə 75 kq-da rumıniyalı Eduard Tancerikanı 5:0 hesabı ilə yarışdan kənarlaşdırıb. O, ikinci görüşündə ingiltərəli İvor Li ilə qarşılaşacaq.
Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.
Bu gün isə Azərbaycan millisinin daha beş üzvü mübarizəyə qoşulacaq.
Gündüz sessiyasında Aydan İsmayıllı 48 kq-da irlandiyalı Meysi Daffi O Konnorla, Alsu Yafarova 54 kq-da Belarus təmsilçisi Hanna Belyankova ilə, Fidan Bakarova isə 63 kq-da yunanıstanlı Dimitra Karpocilou ilə qarşılaşacaq.
Axşam sessiyasında Cəmilə Muradlı 57 kq-da rumıniyalı Sara Persa ilə 1/8 final döyüşünə çıxacaq. Şükür Əliyev isə 80 kq-da polşalı İqor Tomiçeklə 1/16 finalda üz-üzə gələcək.
Gündüz sessiyası Bakı vaxtı ilə saat 16:00-da, axşam sessiyası isə 20:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın qaliblərinin adına oktyabrın 11-də aydınlıq gələcək.

İdman       Tarix: 04 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - FOTO

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib. xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Monqolustan təmsilçisi Tumenjarqal Tuvşintur

Millimiz Litvaya qarşı

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq. xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edəcək. 8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək. Sentyabrı

Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?

UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində bu gün keçiriləcək Türkiyə – Fransa matçına canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, oyun Azərbaycanda "CBC Sport", Türkiyədə isə AT

Ronaldo millinin düşərgəsini tərk edib

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığma komandanın düşərgəsini tərk edib. xəbər verir ki, 40 yaşlı hücumçu baş məşqçi Jorje Jezusun mətbuat konfransından sonra düşərgədən ayrılıb. Ronaldo bir neçə saat sonr

Dünənki məğlubiyyətdən sonra istefa verdi

Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol (Willy Sagnol) vəzifəsini tərk edib. APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib. Məlumata əsasən, yığmanı

Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı

Sayca 10-cu dəfə Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb. Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək. Xatırladaq ki, Bakıdakı Qran-pr

Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə - YENİLƏNİR

UEFA Millətlər Liqasının Litva – Azərbaycan oyunu start götürüb. Qarşılaşma Darius və Girenas stadionunda keçirilir. *. Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununa çıxacaq. xəbə

Formula-1: ikinci sərbəst yürüş başladı

Formula-1 üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb. KONKRET.azxəbər verir ki, mübarizəyə 16:00-da start verilib. Xatırladaq ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler son xəbərlər azərbaycanda xeber.az bu gun valyuta mezennesi