Avropa dövlətlərində İspaniya təhlükəsi
Avropa dövlətlərində İspaniya təhlükəsi
Böyük Britaniya İspaniya ilə sərhədlərini bağlayacağı barədə xəbərdarlıq edib.
Bunu Britaniyanın Xarici İşlər naziri Dominik Raab "Sky News"a açıqlayıb.
O qeyd edib ki, Böyük Britaniya son iki gündə koronavirusa yoluxma sayının artmasına görə İspaniyanı "güvənilən ölkələr" siyahısından çıxarıb:
"Qəbul edilən qərar səyahətçiləri məyus edə bilər. Ancaq buna görə onlardan üzr istəməyəcəyik. Britaniyada virusun yayılmasının qarşısının alınması üçün böyük əmək sərf edirik. Tədbir görməsək, Britaniyada da yeni karantin mərhələsi yaşaya bilərik".
Koronavirusun ikinci dalğasının gözlənildiyi İspaniyadan gələnlər üçün Böyük Britaniya 14 günlük karantin rejimi elan edib.
Fransanın Baş naziri Jan Kasteks koronavirusun artmasına görə vətəndaşlarına Kataloniyaya getməmələrini tövsiyə edib. O bildirib ki, Kataloniyada koronavirusa yoluxma sayında artım davam edərsə, Fransa İspaniya ilə sərhədlərini yenidən bağlayacaq.
Həmçinin, Belçika da vətəndaşlarına eyni məsələ ilə bağlı tövsiyə verib. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var