Avropa "gizli silahı"nı işə sala bilər: Kartlar açılır
Avropa Birliyinin 200 milyard avro dəyərində "gizli silahı" var.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə "Politiko" nəşri yazıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda bütün kartları əlində saxlamağa çalışsa da, Brüsseldə buna qarşı hazırlıqlar gedir:
"Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinə əl qoya bilərlər. Bu, Brüsseldə yerləşən maliyyə təşkilatında saxlanılır və üzərinə faizlər gəlir. ABŞ isə cəmi 5 milyard dollara sahibdir. Aktivlərin müsadirəsi Avropaya masa arxasında güc qazandıracaq. Həmçinin Trampın müharibəni dayandırmaq tələblərinə müqavimət göstərməyə imkan verəcək".
Nəşr qeyd edib ki, Rusiyanın qonşuları olan Baltikyanı və Skandinaviya ölkələri hesab edirlər ki, pul dərhal Ukraynaya verilməlidir. Bu mövqe Polşa, Çexiya və Estoniya tərəfindən dəstəklənir .
Adı açıqlanmayan AB diplomatı isə bu prosesin müəyyən çətinliklər yarada biləcəyini deyib:
"Aktivlər Kiyevə verilsə, Brüsselin əlindən çıxacaq və ondan razılaşma vasitəsi kimi istifadə edə bilməyəcəklər. Lakin Rusiya sözügedən aktivləri almaq istəsə, bunun müqabilində nəsə verməlidir. Yəni AB-nin Kreml üzərində əlavə təsir imkanları var".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı