Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı – "Məhsul bayramı" baş tutub.
azxeber.com xəbər verir ki, tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.
Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, müəllim və işçi heyəti, tələbələr, tərəfdaş şirkətlərin nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.
Tədbirin rəsmi açılışında çıxış edən ADA Universitetinin birinci prorektoru Qalib Məmməd ötən il həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verərək "Qonşuluq" təşəbbüsünə xüsusi diqqət çəkib. O, ötən il toplanmış vəsait hesabına Qala kəndində həyata keçirilən bu layihənin uşaqlara erkən yaşlardan mehriban qonşuluq dəyərlərini aşıladığını bildirib. Layihənin şagirdlərə yaşadıqları mühiti və təbiəti qorumağın vacibliyini öyrətdiyini, onlarda ekoloji və sosial məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini vurğulayıb.
Daha sonra çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu şirkətlər qrupunun uzun illərdir Azərbaycan universitetləri ilə əməkdaşlıq strategiyasını ardıcıl şəkildə həyata keçirdiyini qeyd edib. O, bu tərəfdaşlıqların həm universitetlər, həm də şirkətlər qrupu üçün qarşılıqlı fayda yaratdığını bildirib. ADA Universiteti ilə səmərəli əməkdaşlığın bugünkü tədbirdə də öz əksini tapdığını vurğulayan Aydın Veysəloğlu xeyriyyə məqsədi daşıyan bu təşəbbüsün nəcib məramına diqqət çəkərək hər kəsi fəal iştirak etməyə çağırıb.
Rəsmi hissədən sonra tədbir zəngin bədii proqramla davam edib. ADA Məktəbi, Q. Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, F. Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbi, həmçinin 24 və 33 nömrəli 11 illik Musiqi Məktəblərinin şagirdləri tərəfindən hazırlanan musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhval-ruhiyyəsi qatıb.
Həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllimi, beynəlxalq müsabiqələr qalibi və gənclər mükafatçısı, tarzən İbrahim Babayev öz rəngarəng çıxışları ilə qonaqlara xoş anlar bəxş edib.
Tədbir çərçivəsində ADA Məktəbi şagirdləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgisi və satışı təşkil olunub. Sərgi-satışdan toplanan vəsait təhsil yönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüs festivalın mənəvi dəyərini daha da artıraraq xeyirxahlıq ruhunu nümayiş etdirir.
ADA Məhsul Bayramı çərçivəsində, Heykəltəraşlıq Simpoziumunun yekunu olaraq, ADA məktəbində üç yeni heykəltəraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltəraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir.
Qeyd edək ki, keçən ilki "Məhsul bayramı" zamanı toplanmış 27,309 AZN məbləğində vəsait hesabına 4 vacib sosial layihə – "Tikiş Bacarıqlarından Peşəyə", "Sənətkarlıq Dərsləri", "Bir ADA-nın sirri", eləcə də 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin uşaqlarının birgə iştirakı ilə həyata keçirilən "Dostluq Körpüsü" layihəsi uğurla reallaşdırılıb. Ümumilikdə 600 nəfərin bəhrələndiyi bu təşəbbüslər uşaqların yaradıcılığını, sosial inteqrasiyasını, peşə bacarıqlarını və şəxsi inkişafını dəstəkləməklə yanaşı, müxtəlif sosial mühitlərdən olan uşaqlar arasında dostluq və əməkdaşlıq körpüsü yaradır.
Festivalın əsas və daimi tərəfdaşı olan Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan bizneslər — "Veysəloğlu Distribusiya", "Ulduz", "Araz" və "OBA" marketlər şəbəkələri, "Xonça", "Veysəloğlu-Rossmann", "Decoliv", "O to Go" və "Entree" — tədbirə yaxından dəstək göstəriblər. Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, həmçinin qeyri-qida malları satışa çıxarılıb. 

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində

İqtisadiyyat       Tarix: 03 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı

Yelo Bank rəqəmsal investisiya xidməti Yelo Invest-də müştərilərə portfelini daha aydın görməyə imkan verən yeni "Analitika" funksiyasını istifadəyə verib. Ölkədəki investisiya tətbiqləri arasında bu imkan ilk dəf

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək

Kristof Baumann-Kesten Beynəlxalq Valyuta Fondunda (IMF) İsveçrə ölkələr qrupunun (konstituensiyasının) icraçı direktoru vəzifəsinin icrasına rəsmən başlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məluma

Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək

Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişikli

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. xəbər verir ki, Azərbaycand

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun bugun xeberler sosial yardim son xeberler bugun 2026 muharibe