Avropa İttifaqı Gürcüstanın təşkilata qəbulu prosesini niyə dayandırdı? - ƏTRAFLI
Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlüyünə qəbulunu dayandırıb.
KONKRET.az xəbər verir ki, buna səbəb ölkənin xarici agentlər haqqında qanunudur.
Lakin Gürcüstanın Aİ-yə namizəd statusu ləğv edilməyib.
Avropa İttifaqı Gürcüstanın qəbulu prosesini dayandırmaqla yanaşı, respublikaya maliyyə yardımının bir hissəsini, xüsusən də Avropa Sülh Fondundan Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində vəsaiti dondurub.
Bu barədə məlumat verən Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski buna Gürcüstanda təsdiq edilmiş xarici agentlər haqqında qanunun səbəb olduğunu açıqlayıb.
"Parlament xarici agentlər haqqında qanunu qəbul edərkən, Avropa diplomatiyasının rəhbəri Josep Borrell dedi ki, sənəddə doqquz bənddən ən azı üçünə – dezinformasiya ilə mübarizə, siyasi qütbləşmə və vətəndaş azadlıqlarına hörmətlə bağlı ziddiyyət təşkil edir. İyunun 24-də Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşündə Borrell söz vermişdi ki, Gürcüstan hökuməti indiki siyasi kursunu davam etdirsə, Avropa İttifaqının qapıları onun üzünə bağlı olacaq. Və bu da verilən vədin nəticəsi…", – deyə Pavel Qerçinski bildirib.
O ümid etdiyini bildirib ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, bu hökuməti kim formalaşdırsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlayacaq".
"Gürcü arzusu"nda Amerikanın sanksiyaları və təlimlərin təxirə salınması kəskin mənfi reaksiyaya səbəb olub. Rusiya Xarici Kəşfiyyat Xidməti "Gürcü arzusu"nu müdafiə edib
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı