Avropa İttifaqında "peyvənd sertifikatı"nın tətbiqi başladı

Avropa İttifaqında Avropa İttifaqında "peyvənd sertifikatı"nın tətbiqi başladı
Avropa İttifaqı (Aİ) tərəfindən COVID-19 pandemiyası zamanı səyahətin asanlaşdırılması üçün hazırlanan "peyvənd sertifikatı"nın tətbiqi bu gün qüvvəyə minib.
"Anadolu" agentliyi xəbər verir ki, Aİ sərhədləri daxilində səyahətlərdə istifadə ediləcək peyvənd sertifikatı müraciəti rəsmi olaraq fəaliyyətə başlayıb.
Pulsuz "Aİ Rəqəmsal COVID Sertifikatı" kağız formasında və ya rəqəmsal formada hazırlanır.
Ayrı-seçkiliyin qarşısını almaq üçün peyvənd edilməyən insanlar da sertifikata sahib ola bilərlər.
Peyvənd sertifikatı şəxsin COVID-19 peyvəndi vurdurub-vurdurmamasını, varsa, harada və hansı peyvəndin vurulmasını, xəstəliyi keçirmiş şəxslərin sağaldığını göstərən sənədin və testin mənfi nəticəsini göstərən məlumatları əks etdirir.
COVID-19 testlərinin PCR növləri səyahətdən 72 saat əvvəl verilib sertifikatda müəyyənləşdirilir.
Sürətli antigen testləri 48 saata qədər əvvəl edilə bilsə də, hər bir ölkə bu testin tanınmasına özü qərar verir.
Aİ-də sertifikatla təsdiqlənmiş COVID-19 peyvəndlərindən "Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson and Johnson" qəbul edən və son dozadan 2 həftə keçən insanlara əlavə test və ya karantin kimi məhdudiyyət tətbiq edilmir.
Sertifikat Aİ vətəndaşlarına, milliyyətindən asılı olmayaraq ailələrinə, habelə Aİ vətəndaşı olmayan amma Aİ-də yaşayan şəxslərə və digər Aİ ölkələrinə səyahət etmək hüququ olan qonaqlara verilir.
Peyvənd sertifikatı, bütün Aİ ölkələri ilə birlikdə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə də etibarlıdır.
Sertifikat üzv ölkələrin dilləri ilə birlikdə ingilis dilində hazırlanır.
Hələlik 12 ay müddətində qüvvədə olan sertifikat səyahətlər zamanı yoxlanılır.
Xarici ölkələrlə Aİ sertifikatının qarşılıqlı tanınması üçün danışıqlar aparılır.
Qeyd edək ki, Avropa İttifaqı bu gündən Azərbaycandan səyahətlərə icazə verib. /oxu.az

Turizm       Tarix: 07 iyul 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag