Avropa Komissiyası yeni tərkibdə noyabrın 1-dən işə başlayacaq
Avropa Komissiyasının (AK) yeni tərkibi bu il noyabrın 1-də işə başlamalıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, səlahiyyət müddəti beş il nəzərdə tutulub. Avropa komissarları vəzifələrinə bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
O, Avropa komissarları vəzifələrinə ümumilikdə 27 namizəd təklif edib: "Komandamın hər bir üzvü öz təcrübəsini və Avropa ilə bağlı perspektivlərini bölüşəcək. Biz birlikdə vahid məqsədə – Avropanı daha güclü etmək üçün çalışan bir komanda olacağıq".
Avropa Komissiyasının prezidenti digər namizədlərin də kimliklərini açıqlayıb: "Ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı vəzifəsinə Slovakiya nümayəndəsi Maroş Şefçoviç, iqtisadiyyat və məhsuldarlıq üzrə komissar vəzifəsinə Latviyadan Valdis Dombrovskis, iqlimin mühafizəsi və karbonsuzlaşdırma üzrə Niderlanddan Vopke Hukstra, nəqliyyat və turizm üzrə Yunanıstandan Apostolos Tsitsikostas və s təklif olunub".
Təşkilatın yeni tərkibinin 40 faizi qadınlardan ibarət olacaq.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb