Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqlayıb
Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqlayıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 56 qərar qəbul edib.
Report xəbər verir ki, bu barədə AİHM-in "2019-ci il ərzində fəaliyyətin icmalı" illik hesabatında bildirilir.
İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-də Azərbaycan üzrə 397 ərizəyə baxılıb, 427 ərizə qəbul olunmayıb, 56-sı üzrə qərar çıxarılıb.
2018-ci illə müqayisədə Azərbaycan üzrə AİHM-də baxılan ərizələrin sayı çoxalıb. Müqayisə üçün bildirək ki, 2018-cı ildə AİHM-də Azərbaycan üzrə 331 ərizəyə baxılıb, onların 261-i qəbul edilməyib, 43-ü üzrə isə qərar çıxarılıb.
2019-cu ildə 108 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. /oxu.az

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı