Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHIAvropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI
Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var.
"TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib.
Danimarka 26 iyun tarixinə qədər Avropa İttifaqının (Aİ) rəqəmsal sertifikatı ilə sərhədlərini bütün turistlərə açmağı planlaşdırır. Ölkə 1 may tarixindən etibarən Aİ/Şengen ölkələrinə səyahət icazəsi verib.
15 may tarixindən etibarən 20 milyon insanı peyvənd etmək məqsədinə çatan Fransanın 9 iyunda və ondan sonra bəzi beynəlxalq səyahətlərə icazə verəcəyi gözlənilir. Ölkə "TousAntiCovid" adlı tətbiq ilə sərnişinlərin peyvənd/test vəziyyətini izləyəcək. Digər tərəfdən, məhdudiyyətlərə məruz qalacaq və ya səyahət izni veriləcək ölkələr müəyyənləşdiriləcək.
Malta 1 iyundan etibarən tam peyvənd olunmuş insanların ölkəyə girişinə icazə verməyi planlaşdırır. Ölkədə 2 gecədən çox qalan qonaqlar əlavə haqq ödəməlidir.
Böyük Britaniyada 17 may tarixindən etibarən yaşıl kateqoriyaya daxil olan ölkələrə gediş-gəlişə karantin olmadan sərbəst hərəkət təklif olunur. Bununla yanaşı, bu ölkələrdən gələn turistlər səyahət etməzdən əvvəl PCR testindən keçməlidirlər. Hal-hazırda Britaniyanın yaşıl siyahısında olan yerlər: Avstraliya, Yeni Zelandiya, Sinqapur, Bruney, İslandiya, Farer Adaları, Cəbəllütariq, Folkland Adaları, İsrail, Gürcüstan və Cənubi Sandviç Adaları, Saint Helena və Portuqaliya.
Portuqaliya 17 may tarixindən etibarən sərhədlərinin bütün Aİ/Şengen bölgəsi vətəndaşlarına və Britaniyaya məcburi olmayan səyahətə açıq olduğunu bildirib. Ölkəyə gələcək 2 yaşdan yuxarı hamı mənfi nəticəli test təqdim etməlidir.
İtaliya 16 may tarixindən etibarən beynəlxalq səyahətlərin açılmasının ilk addım kimi Britaniya və İsraildən gələn turistlərin ölkəyə karantinsiz girişinə icazə verir.
Niderland 15 may tarixindən etibarən Portuqaliya, Malta, İrlandiya, Tayland, Ruanda, Aruba, Kurakao və Sint Maarten və bəzi Yunan adalarına məcburi olmayan səyahətlərə icazə verib.
14 may tarixindən etibarən Yunanıstan Aİ ölkələri, ABŞ, Britaniya və İsrailə səyahətə icazə verib. Bu ölkələrdən olan insanlar tam peyvəndlənməli və ya mənfi nəticəli test təqdim etməlidirlər.
Almaniyanın Robert Koç İnstitutu 13 may tarixindən etibarən ölkəyə gəlməmişdən 72 saat əvvəl tam peyvənd edilmiş və testi mənfi olan insanların karantin tətbiq edilməsinə ehtiyac olmadığını bildirib. Ancaq bu, "yüksək riskli" ölkələrdən gələnlərə şamil edilmir.
1 aprel tarixindən etibarən Xorvatiya tam peyvənd edilmiş və ya koronavirusdən sağalan insanların karantin olmadan ölkəyə girməsinə icazə verir.
18 martda açıqlanan qərarla İslandiya Aİ ölkələrindən tam peyvənd olunmuş insanlara səyahət icazəsi verən ilk ölkələrdən biridir. Bununla yanaşı, ölkə bu Rusiya və ya Çin peyvəndləri vurulan insanları qəbul etmir.
Polşa 18 fevral tarixindən etibarən Aİ ölkələri və İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə, Gürcüstan, Yaponiya, Yeni Zelandiya, Tayland, Cənubi Koreya, Tunis və Avstraliyadan tam peyvənd olunmuş şəxslərə karantin tətbiq etmir.
Estoniya hökuməti fevralın 2-də peyvənd olunmuş turistlərin və koronavirusdan sağalanların karantindən azad olacağını açıqlayıb.
Rumıniyanın Fövqəladə Hallar üzrə Milli Komitəsi yanvar ayının sonunda vaksin vurulan turistlərin karantinə alınmasına ehtiyac olmadığını bildirib. Ölkədə karantinin iyun ayında tamamilə qaldırılacağına ümid edilir. /oxu.az

Turizm       Tarix: 19 may 2021
f Paylaş

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026 ensonxeberler cəbhədən son durum