Avropalı müşahidəçilər seçkiyə dəvət ediləcək
Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkiləriinin uzunmüddətli müşahidəsi ilə əlaqədar dəvət edəcəyik. Səhv etmirəmsə, onlar yay dövründə uzunmüddətli müşahidə keçirmirlər.
KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qısamüddətli müşahidə keçirəcək: "Amma biz istərdik ki, uzunmüddətli müşahidə keçirsinlər. Biz çox məmnuniyyətlə onları burada qarşılamağa hazırıq".
Məzahir Pənahov qeyd edib ki, geniş çeşiddə müşahidə missiyasının Azərbaycanda fəaliyyət göstərməsini təmin edəcəklər: "Yerli müşahidəçilər də MSK-ya müraciət edə bilərlər. Hər hansı konkret seçki dairəsinin hüdudlarında seçkini müşahidə etmək üçün həmin dairənin seçki komissiyasına müraciət edilməlidir. Kim müraciət edirsə, hamısına şərait yaratmağı tapşırmışıq".
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı