Avroviziya 2026' ləğv edilmək təhlükəsi altındadır
Niderland "Avroviziya 2026"nı boykot etməyi düşünür.
azxeber.com xəbər verir ki, ölkənin "AVROTROS" yayım şirkəti müsabiqədə imtina barədə məlumat yayıb. Bildirilib ki, buna səbəb Qəzza zolağında davam edən münaqişə fonunda İsrailin iştirak etməsi olub.
"Mövcud şəraitdə baş verənlərin ciddi humanitar nəticələrini nəzərə alaraq, biz artıq İsrailin iştirakına haqq qazandıra bilmərik" deyə, məlumatda yazılıb.
Bundan əlavə, Niderland tərəfi mətbuat azadlığının məhdudlaşdırılmasından və İsrail hakimiyyətinin "Avroviziya 2025"in təşkilinə guya müdaxiləsindən narahatlığını bildirib. Yayımçının sözlərinə görə, müsabiqədən siyasi məqsədlər üçün istifadə edilib ki, bu da onun ruhuna ziddir.
İspaniya hakimiyyəti də analoji mövqedən çıxış edib. Mədəniyyət naziri Ernest Urtasun və baş nazir Pedro Sançes açıq şəkildə İsraili iştirakçılar siyahısından çıxarmağa çağırıblar. Madriddən sonra İrlandiya və Sloveniyadakı televiziya şirkətləri mümkün boykotu dəstəkləyiblər. İrlandiyanın RTE telekanalı İsrailin iştirakını "əxlaqsızlıq" adlandırıb.
Qeyd edək ki, 70-cisi keçiriləcək "Avroviziya" müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq. Avstriyanın paytaxtı üçüncü dəfə bu foruma ev sahibliyi edəcək.

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür