Avstriyanın xarici işlər naziri Aİ-nin Livandan sülhməramlılarını geri çəkməyəcəyini açıqlayıb
BMT-nin Livandakı Sülhməramlı Qüvvələrini oradan çıxarmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Reuters agentliyinə müahibəsində bildirib."Qoşunların çıxarılması və ya oxşar məsələlərlə bağlı heç bir müzakirə aparılmayıb. Onlar orada qalacaqlar, lakin qoşunlarımızın təhlükəsizliyi birinci dərəcəli əhəmiyyət kəsb edir və hər kəs tərəfindən təmin edilməlidir". Eyni zamanda, Şallenberq vurğulayıb ki, İsrail Hizbullah hərəkatına qarşı özünü müdafiə etmək hüququna malikdir. Lakin bununla belə, sülhməramlıların mövqelərinə qəsdən hücumlar beynəlxalq hüququn pozulmasıdır.
Xatırladaq ki, UNIFIL-ə 16 ölkə daxildir. 10 min əsgərdən 3600-ü Aİ sülhməramlılarıdır. Onlardan 160-ı Avstriyadandır. İsrailin baş naziri Benyamin Netanyahu bu yaxınlarda BMT-ni sülhməramlıları dərhal döyüş bölgəsindən çıxarmağa çağırıb. Oktyabrın 10-da İsrailin atəşə tutması nəticəsində Livanda 2 BMT sülhməramlısının, oktyabrın 11-də isə daha ikisinin yaralandığı bildirilir. Oktyabrın 12-də isə 1 sülhməramlı yaralanıb. BMT-nin baş katibi Antonio Quterres xəbərdarlıq edib ki, Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin sülhməramlılarına hər hansı hücum "müharibə cinayəti" sayıla bilər.
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub