Avtobusunu "Instagram" səhifəsinə çevirdi - VİDEO
Avtobusunu "Instagram" səhifəsinə çevirdi - VİDEO
Türkiyənin İstanbul şəhərində avtobusunu özünün "Instagram" səhifəsinə çevirən sürücü hər kəsin diqqətini cəlb edib. 10 ildir ki, meqapolisin Zeytinburnu-Bakırköy marşrutu xəttində işləyən sürücü Məhmət Şirin Çiçək bu fəaliyyəti ilə ictimai düşüncələrdə fərqliliklər yaratmaq istədiyini deyib.
Bu barədə TRT xəbər yayıb.
Avtobusun üzərində qadına qarşı şiddətin, uşaq təcavüzünün qınanmasından tutmuş, heyvan haqlarının müdafiəsinə kimi müxtəlif mövzulara toxunan şəkillər və şüarlar sərnişinlərdə böyük maraq yaradıb.
Məhmət Şirin Çiçəyin özü "Xeyirxahlıq avtobusu" adını verdiyi nəqliyyatı ilə ictimai mesaj vermək istədiyini bildirib.
İnsanlıqdan əlavə bir ata olduğunu vurğulayan sürücü uşaqlara qarşı şiddəti və təcavüzlərin bu fərqli layihəsində əsas rol oynadığını vurğulayıb.
"Bu dünyada bir uşaq ancaq oynayanda yerə yıxıldığı üçün ağlamalıdır", - deyə o, bildirib.
"Xeyirxahlıq avtobusu"nun sürücüsü, həmçinin, maaşının bir hissəsini və avtobusda satdığı sulardan gələn gəliri küçə heyvanları üçün xərcləyir. O, aldığı heyvan yemlərini kiçik qutularda sərnişinlərə verərək, onlardan rastlarına çıxan küçə heyvanlarını bəsləmələrini xahiş edir.
O, bu xahişinin heç bir zaman rədd edilmədiyini vurğulayaraq, qutuladığı yemlərin sərnişinlər sayəsində İstanbulun dörd bir tərəfinə paylaşıldığını bildirir.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb