Avtomobil bazarında qiymətlər necədir? - ARAŞDIRMA

Avtomobil bazarında qiymətlər necədir? - ARAŞDIRMAAvtomobil bazarında qiymətlər necədir? - ARAŞDIRMA
2020-ci ildə pandemiyadan ən çox təsirlənən, eyni zamanda, ani dəyişikliklərin baş verdiyi sektorlardan biri də avtomobil bazarıdır. 2020-ci ilin əvvəli ilə müqayisədə son həftələrdə mövcud bazarda qiymətlərin artımı müşahidə olunur.
2020-ci ilin ilk üç rübündə Avropada avtomobil bazarında aktivlik dərəcəsi 29 faiz azalsa da, oktyabr ayında bu bazarda 1,2 faizlik artım qeydə alınıb. Maraqlı olan fakt isə satılan hər beş avtomobildən birinin elektrik mühərrikli avtomobillərin payına düşməsidir. Mövcud bazarda elektrik mühərrikli avtomobillərin ümumi qeydiyyat sayı dizel avtomobillərinin qeydiyyat sayından daha çoxdur. Bu isə Avropada inqilab hesab edilə bilər. Çünki beş il əvvəl Avropada dizel avtomobillər üstünlük təşkil edirdi. Hazırda isə dizel mühərrikli avtomobillərin bazar payı rekord səviyyədə aşağı düşüb və 24,8 faiz təşkil edib. 
Bütün bu proseslər fonunda nəhəng avtomobil şirkətləri istehsal həcmini azaldıb. Bunun nəticəsində bazarda çeşid müxtəlifliyi də azalıb. Eləcə də pandemiya ilə əlaqədar gəlirlərin aşağı düşməsi fonunda yeni modellərin qiyməti bazar üçün həddən artıq baha hesab edilir.  
İkinci əl avtomobil bazarında vəziyyət qənaətbəxşdir... Nisbətən.
Yeni model avtomobil bazarında çeşidliliyin olmaması, eləcə də yeni avtomobil modellərinin pandemiyadan yaranan səbəblərdən dolayı büdcəni üstələməsi və digər məsələlər ikinci əl avtomobil bazarını daha aktiv edir.
Lakin istənilən halda həm yeni, həm də işlənmiş avtomobillərin satış həcmi azalıb. Bu xüsusilə də tədarükçü bazarda problemlərlə əlaqələndirilir. Bununla bərabər, yeni problemlər üzə çıxır. Hazırda dünya bazarında ikinci əl avtomobillərin qiymətləri artmaqda davam edir. Səbəb isə təlabatın çox olması, yeni avtomobil tədarükçüsü şirkətlərin isə istehsalı azaltmasıdır.
Eləcə də, pandemiyadan irəli gələn səbəblərdən dolayı insanlar arasında yolsuzluq avtomobilləri daha çox rəğbət qazanıb. Buna görə də qiymətlərdə bir neçə min dollar artım baş verib. Hazırda pandemiyaya görə ictimai nəqliyyatdan az istifadə olunur və şəhər mərkəzlərindən uzaqlaşmaq istəyən ailələr sedandan çox yolsuzluq avtomobillərinə üstünlük verir. Buna görə də mövcud artım qeydə alınır.
Uzun sözün qısası, yeni avtomobil bazarı əlçatmaz olduğundan alıcılar istifadə olunmuş avtomobillərə üz tutur. Lakin avtomobil tədqiqat mərkəzi olan "Edmund"un icraçı direktoru Cessika Caldvel 2021-ci ildə istifadə olunmuş avtomobil qiymətlərinin bir qədər enəcəyini proqnozlaşdırır.
Azərbaycanda avtomobil bazarına təkcə pandemiya təsir etmir...
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd etdiyimiz bazarda proseslər azalan dinamika ilə davam edir. Səbəb isə təkcə pandemiya deyil:
"Pandemiyanın birinci dalğasından sonra bazarda müəyyən aktivlik müşahidə olunurdu. Sadəcə döyüş əməliyyatlarının başlaması bazarda vəziyyəti bir qədər dəyişdi. Hazırda alqı-satqı əməliyyatlarının sayı azalıb. Bazara müraciət edənlərin sayı azalıb".
Ölkədə avtomobil bazarında qiymətlər hansı yerdədir?
R.Osmanlının sözlərinə görə, bazar üzrə əməliyyatların kəskin şəkildə azalması prosesi getsə də, qiymətlər hələ ki, sabitdir. Prosesin isə hazırda nə qədər davam edəcəyi məlum deyil. 
Azərbaycanda pandemiya ikinci əl avtobobil bazarında qiymətlərə təsir edib? 
"Əslində pandemiyadan sonra tədricən bu proses ölkəmizdə də müşahidə olunurdu. Az da olsa qiymətlərdə artım hiss etmək mümkün idi. Lakin daha sonra döyüş əməliyyatlarının başlaması Azərbaycanda avtomobilə olan marağın xeyli dərəcədə azalmasına gətirib çıxardı.  
Digər tərəfdən, bir çox xarici ölkələrdə avtomobilləşmə səviyyəsi Azərbaycanla müqayisədə yüksəkdir. Azərbaycanda adambaşına düşən avtomobil sayı ilə Avropa ölkələrindəki rəqəmlər arasında kəskin fərqlər var. Azərbaycanda ümumi avtomobil sayı 1 milyon yarımdır. Bunun da müəyyən bir hissəsini, təqribən, 15 faizini ictimai nəqliyyatda olan avtomobillər, xüsusi təyinatlı avtonəqliyyat vasitələri və yük avtomobilləri tutur. Azərbaycanda avtomobilləşmə prosesinin daha sürətlə inkişaf edəcəyi gözlənilən idi. Prosesin bu şəkildə davam etməsi avtomobilləşmənin dayanmasına gətirib çıxardı. Lakin gələcək dövrdə Azərbaycanda da  avtomobilləşmə səviyyəsinin artımı ehtimal olunur", - R.Osmanlı deyir.
İkinci əl avtomobil bazarında ötən ilə nisbətən cüzi də olsa artım müşahidə olunub. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricidən 38 min 632 ədəd avtomobil idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur. Avtomobil idxalının ümumi dəyəri isə 462,7 milyon ABŞ dolları həcmində olub.
Eləcə də, müvafiq dövrdə idxal edilən daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 3 min 678 ədəd, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 142 ədəd olub. 
Nigar Məmmədova

Sosial       Tarix: 08 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler maşın realiti şou xeber.az hava haqqinda