Axıska sürgününün 77-ci ildönümü ilə bağlı onlayn konfrans keçirildi - VİDEO

Axıska sürgününün 77-ci ildönümü ilə bağlı onlayn konfrans keçirildi - VİDEO"Axıska bir gül idi, soldu" adlandırılan konfransın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və Azərbaycandakı Axıska Türklərinin "Vətən" İctima Birliyinin iştirakı ilə keçirildiyini bildirib.  
Azxeber.com xəbər verir ki, öncə şəhidlərin əziz ruhu yad edilib. Əkbər Qoşalı 14 noyabr 1944-cü ildə Axıskanın əsil sakinlərinin əsassız yerə sürgün edilməsini insanlıq dramı adlandırıb, bir daha, dünyanın heç bir yerində heç bir xalqın öz doğma torpaqlarından didərgin salınmaması arzusunu söyləyib: " "Vətənimə qovuşdum, cəsədimə can gəldi" – Axıska türklərinin müdrik kəlamında deyilir. Qoy, heç kim Vətənsiz olmasın"...
Çıxışlardan öncə, tanınmış sənətçi Fərahim Sadiq və onun oğlu – gənc ifaçı Sadiq Qulubəylinin hazırladığı klip nümayiş etdirilib. Axıska sürgünün 77-ci ildönümünə həsr olunmuş klipin sözləri Qənirə Paşayevanın, musiqi tərtibatı Fərahim Sadiqin, ifa Sadiq Qulubəylinindir.   
Onlayn konfransda çıxış edən MM Mədəniyyət Komitəsinin sədri Prof.Dr.Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olarkən də, ondan sonra da, hər  uyğun platformada Axıskalıların öz dədə-baba yurduna qayıtması mövzusunu gündəliyə gətirməyə çalışdığını bildirib. – Bunu bir mənəvi borc kimi xaralterizə edən Qənirə Paşayeva, Axıska coğrafiyasının önəmini Posoflu Aşıq Üzeyir Fakirinin məşhur ağısı ilə ifadə edib:  
"Axıska bir gül idi, getdi,
Bir əhli dil idi, getdi;
Söyləyin Sultan Mahmuda,
İstanbul kilidi getdi".
Q.Paşayeva Axıskalıların başına gələn müsibətlərin sənət adamları tərəfindən müxtəlif janrlarda təsirli boyalarla təsvir edildiyini deyib: "Bu gün Fərahim bəyin və istedadlı övladının hazırladığı klip üçün onlara təşəkkür edirəm. Mənim "Vətən qoxusu" kitabım və bir sıra şeirlərim Axıskalı soydaşlarımıza həsr olunub. –  Bilirsiz, bizim Axıska ilə bağlı hiss-həyacanımız çox təbiidir. Bu həm də onunla bağlıdır ki, Azərbaycan xalqı özü çox bəlalar yaşayıb. Tanrıya şükürlər olsun, 44 günlük Vətən Müharibəsində qalib gələrək, tarixi ədaləti bərpa etmişik, məcburi köçkünlərimizin öz yurd-yuvasına dönüşü üçün gecə-gündüz işlər görülür. Ümidvarıq, Axıskanın əsil sahibləri də gələcəkdə daha çox və daha təhlükəsiz şəkildə öz el-obalarına dönəcək. Bu dost və qonşu Gürcüstanla Azərbaycanın, Türkiyənin bağlarını daha da möhkəmləndirən amildir. Mən bu yerdə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Axıska kökənli vətəndaşlarımızın əziz ruhunu minnətdarlıqla yad edirəm. Biz onların ailə üzvləri ilə görüşmüşük, söhbət etmiş, yaxından tanış olmuşuq və bir daha görmüşük ki, onlar Azərbaycana nə qədər könüldən bağlıdır.
Xatırlatmaq istərdim ki, Axıska türklərinin həyatında ikinci bir faciə də 1989-cu ildə Özbəkistanda törədilib. Bu faciə düşmən mafiyanın, o cümlədən ermənilərin əli ilə Özbəkistanın Fərqana şəhərində baş vermişdi. Orda qətlə yetirilən Axıska türklərinin qanı mərkəzi Sovet hakimiyyətinin, erməni vandallarının üzərindədir. O vaxt Axıska türkləri yenidən dünyanın müxtəlif yerlərinə səpələndi və ən böyük axın Azərbaycan Respublikasına oldu. Azərbaycan hələ qəddar Stalinin ölümündən az sonra da öz isti qucağını doğma soydaşlarına açmışdı. Bu faktlar bir daha göstərir ki, bizim kədərimiz də, sevincimiz də ortaqdır".
Azərbaycandakı Axıska Türklərinin "Vətən" İB-nin başqanı İsmayıl Rəhimov təqdbirin təşəbbüs və təşkili üçün MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya təşəkkür edib.
İ.Rəhimov Axıskanın tarixindən geniş danışıb, xalqın yetişdirdiyi Ömər Faiq Hemanzadə, Əli Səbri, Mövlud Bayraqdarov, Bədi Muradov, Səadət Güləhmədova, Cavad Qoçuyev kimi şəxsiyyətlərdən, Axıska qalasında mövcud olmuş və  sürgünsonrası dağıdılmış – Yaxın Şərqin ən böyük kitabxanasından söz açıb. İ.Rəhimov  Axıska türklərinin 1920-30-cu illərdə öz ana dilində məktəblər açdığı, teatr yaratdığı, mədəni yüksəlişə başladığını, lakin bu yüksəliş və əmin-amanlığın uzun sürmədiyini bildirib: "II Dünya müharibəsinin qurtarmasına az qalmış - ermənilərin gələcəyə yönəlik bəd niyyətlərinin və totalitar Sovet hakim rejiminin, konkret olaraq, diktator Stalinin əmri ilə Axıska türkləri öz vətənlərindən min bir əzabla sürgün edilmişdir. Bu acı taleni Krım türkləri, Balkarlar, Qaraçaylar da yaşayıb".
Avrasiya Yazarlar Birliyi başqanı Dos.Dr. Yaqub Öməroğlu, "Vektor"-un qurucu-başqanı Prof.Dr. Elçin İsgəndərzadə, "Vətən" İB-nin Rusiya Federasiyasındakı təmsilçisi Cavid Əliyev, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırova, Türk Ədəbiyyatı Vəqfinin müdiri, yazıçı-publisist, tərcüməçi İmdat Avşar, tanınmış jurnalist Fuad Abbasov onlayn konfransda çıxış edib. Onlar Axıskalılar üçün Adıgön, Axıska, Azğur, Axalkələk, Abastuban, Varxan, Zediban, Xeron və b. doğma yurd yerlərinin... yuxusuz gecələrin, şeirin-sənətin, həsrətin, ümid və inamın ünvanı olduğunu vurğulayıb. Vurğulanıb ki, zəngin folklora, ozan-aşıq sənətinə malik Axıskalıların baş mövzusu yenə də Vətəndir.
Ömər Faiq Hemanzadənin hələ çətin zamanlarda dediyi sözlər çıxışlarda işıqlı gələcəyə inamın ifadəsi kimi səsləndirilib: "Xeyir, əzizim, xeyir! İşıq dairəmiz sönməyə meyilli olsa da, arxayın olunuz, sönməyəcəkdir. Əksinə, getdikcə böyüyəcək"!
Sonda Qənirə Paşayeva bağlanış sözü söyləyərək, bütün iştirakçılara, tədbirin təşkilinə dəstək vermiş qurumlara, o cümlədən texniki dəstək üçün ADPU Quba filialına  təşəkkür edib, uğurlar diləyib.
Onlayn konfrans ADPU Quba filialının sosial media hesabları üzərindən canlı yayınlanıb.

Sosial       Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Teymur Musayevin müavinlərinin sayı artırıldı

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, səhiyyə nazirinin müavinlərinin say

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Bakıda bu yollar 3 günlük bağlanacaq

Bakıda bu yollar bağlanacaq. AAYDA-dan -a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanm


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat sou xeberler bugun xəbərlər.com xeberler az