Axtarışda 100-dən çox erməni var - Musabəyov da onların sırasındadır - ŞOK TƏFƏRRÜATLAR

Axtarışda 100-dən çox erməni var - Musabəyov da onların sırasındadır - ŞOK TƏFƏRRÜATLARErmənistanın Azərbaycana təcavüzü başlanandan Qarabağdakı azərbaycanlılar işgəncələrə məruz qalıb. 1991-ci ilin sonlarından alovlanmağa başlayan müharibənin ilk zərbəsi məhz Qarabağdakı soydaşlarımıza dəyib. Erməni terrorçular əvvəlcə Xankəndi ətrafındakı Kərkicahan və Meşəli kəndlərinin əhalisinə divan tutaraq xeyli azərbaycanlını işgəncələrə məruz qoydular və qətlə yetirdilər. Daha sonra Qarabağ ərazisindəki qəsəbə və kəndləri dağıtmaqla azərbaycanlıları öz dədə-baba yurdlarından zorla çıxartdılar.
Qarşıdan isə 1992-ci il gəlirdi və erməni terrorçuları Rusiya ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyinə arxayın idilər. Məhz 1992-ci ildə nəzərdə tutduqları geniş planı 366-cı alayın köməyi ilə həyata keçirməliydilər. Əvvəlcə 1992-ci ilin fevralın 17-də Xocavəndin Qaradağlı kəndində kütləvi qırğınlar törədən ermənilər həmin hadisələr zamanı 366-cı alayın hərbi texnikasından istifadə etmişdilər. Xocalı soyqırımının başlanmasına isə cəmi səkkiz gün qalırdı. Ermənilər daha genişmiqyaslı qırğınlar törətmək üçün 366-cı alayın hərbi qulluqçuları ilə sövdələşməyə gedirdilər. Sonralar istintaqla müəyyən olunacaqdı ki, Xocalıda dinc insanlara atəş açmaq üçün rus əsgərlərinə 1 milyon rubl pul verilib. Bu, hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən istintaqa daxil olan radiorabitələrin məzmunu olan MK-60 kompakt audiokasetinin yoxlanılmasına dair protokolun təqdim edildiyi, Xocalı hadisələri ilə bağlı cinayət işinin materialları sayəsində məlum olub.
Hərbi cinayətlərin istintaqı üzrə istintaq-əməliyyat qrupunun sabiq rəisi, ehtiyatda olan ədliyyə polkovniki İlham Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, sorğu əsasında Rusiya Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna bir neçə cildlik material, o cümlədən 366-cı alayın hərbçilərinin adlarını və onların şəxsi məlumatlarını təhvil verib:
Axtarışda 100-dən çox erməni var - Musabəyov da onların sırasındadır - ŞOK TƏFƏRRÜATLAR"Biz bu materialları Xocalı soyqırımı ilə bağlı ümumi cinayət işinə əlavə etmişik. 366-cı batalyonun 2-ci motoatıcı dəstəsinin komandiri Seyran Ohanyan və mayor Yevgeni Nabokix başda olmaqla digər hərbçilərə də cinayət işi açılıb. Onların cinayət məsuliyyətinə cəlb edilmələri üçün beynəlxalq axtarış elan edilib. Yeri gəlmişkən, cəlb edilən şəxslər haqqında bəzi məlumatlar IRS jurnalında dərc olunub. Onların bəziləri saxlanılıb, ekstradisiya məsələləri qaldırılıb, lakin müəyyən səbəblərdən proses dayandırılıb", – deyə İlham Məmmədov bildirib.
O qeyd edib ki, 366-cı alayın axtarışda olan hərbçilərinin siyahısına 100-dən çox adam daxildir:
"O vaxta qədər onlardan 29-u cinayət məsuliyyətinə cəlb edilib. Bizdə şübhəli şəxslərin, əsasən də erməni millətindən olanların məlumat bazası var. Bu siyahını artırmaq da olar".
İlham Məmmədov əlavə edib ki, Baş Prokurorluq bu şəxslərlə 2004-cü ildən məşğul olmağa başlayıb:
"2004-cü ilin martında İnterpol ilk dəfə olaraq beynəlxalq tribunalların, QHT-lərin, nüfuzlu qurumların və iştirakçı ölkələrin nümayəndələrini dəvət edərək soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər mövzusunda beynəlxalq konfrans təşkil etdi. Konfransda Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisində törədilmiş hərbi cinayətlər ətrafında faktiki vəziyyətə hüquqi qiymət verildi. Və yalnız 2000-ci il sentyabrın 1-də qüvvəyə minən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində beynəlxalq ictimaiyyət tərəfindən hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər kimi tanınan normalar tətbiq edilib. Yeni Cinayət Prosessual Məcəlləsi isə cinayətin standartlarını müəyyən etmişdir. Amma 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı ağır beynəlxalq cinayətlərin törədildiyini təsdiq edən faktlara baxmayaraq, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. Əməllərin özü də beynəlxalq cinayət kimi təsnif olunmayıb. Xocalı soyqırımı ilə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən 1992-ci ilin fevralında iki və daha çox şəxsin qətlə yetirilməsi faktı 1993-cü il martın 31-də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin olmaması səbəbindən dayandırılıb. Bu iş üzrə heç kim məsuliyyətə cəlb edilməyib.
Xocalıda mülki şəxslərin atəşə tutulmasında iştiraka görə axtarışda olanlar siyahısında kimlərin olduğu barədə tam məlumat yoxdur. Amma onlardan birinin Qazaxıstan vətəndaşı, 1969-cu il təvəllüdlü Erlan Erbolatoviç Musabəyovun olması faktlar əsasında sübuta yetirilib. Üstəlik, Musabəyov özü də Qarabağ müharibəsində ermənilər tərəfdən vuruşduğunu gizlətmir. Yerlan Musabəyovla bağlı bəzi məlumatları da öyrənmişik. Alma-Ata şəhərində Aksai küçəsi 1A, bina 3, mənzil 64 ünvanında yaşayır. Musabəyov artıq Azərbaycanda onun haqqında sorğu-sual aparıldığını bilir və bu səbəbdən də erməni işğalçılarının tərəfində muzdlu kimi iştirakından yazmır. Onun hərbi cinayətlərdə iştirakını istintaq müəyyən edib. O, həmçinin xüsusi hərbi sosial şəbəkələrdə çox fəaldır, xüsusən də desantura.ru üçün əsasən Əfqanıstan müharibəsində iştirak haqqında məqalələr yazır. 1987-1989-cu illərdə Əfqanıstanda hərbi xidmət keçib. Sonra Qarabağa, 1992-ci ilə qədər xidmət etdiyi 366-cı alaya snayper kimi göndərilib. 1994-1996-cı illərdə 35-ci Əlahiddə Qvardiya Hava Hücum Briqadasında xidmət edib. Ehtiyatda olan leytenantdır.
Yeri gəlmişkən, bu il yanvarın 31-də milliyyətcə erməni olan bir nəfər "Odnaklassnik" sosial şəbəkəsində Yerlan Musabəyovun fotoşəkillərini yerləşdirib. Orada belə yazılıb: "Artsaxın azadlıq müharibəsində iştirak edən qazax könüllüsü Yerlan Musabəyov". Daha sonra onun Qarabağda keçdiyi döyüş yolundan söhbət açılır, 1992-ci ilin payızında Qazaxıstana qayıtdığı bildirilir. Yəni əslində Musabəyov 366-cı alayda muzdlu əsgər kimi xidmət edib. Bunu "Odnaklassnik"dən götürülən fotoşəkillər də sübut edir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 03 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az sou xeberler son xeberler bu gun oxu.az xeberler