Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb

Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıbTürkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara qarşı təzyiq və təqibləri kəskin şəkildə tənqid edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə "X"dəki paylaşımında yazıb.
"Rusiyada Azərbaycan türklərini dövlətin əli ilə qətlə yetirənlər kimdən təlimat aldılar? Bir ailədən dörd nəfərin Rusiya xüsusi təyinatlıları tərəfindən evlərinə basqın zamanı öldürülməsi nə deməkdir? Ey qara vicdanlı Putin (Rusiya Prezidenti Vladimir Putin-red.) xalqların həbsxanası olan SSRİ üçün darıxırsan?", – Attar qeyd edib.
Professor vurğulayıb ki, Rusiyada əslində qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb:
"Mən bütün insanları, xüsusən də Rusiyada yaşayan üç milyona yaxın azərbaycanlını etiraz etməyə dəvət edirəm. Mən Kremli, onun rus şovinizmini, separatçı münasibətini və islamafobik yanaşmasını qətiyyətlə pisləyirəm!".
O əlavə edib ki, eyni dinə, dilə və kökə malik olan slavyan Ukraynasına qarşı vəhşicəsinə hücumlar Putini dayandıra bilməyib: "Çünki o, Stalini təqlid edərək qeyri-rusların yaşamaq hüququnu tanımayan amansız siyasətini davam etdirir. Ukraynaya döyüşə göndərilmək üçün Yekaterinburq şəhərində evlərinə Rusiya kəşfiyyatı tərəfindən basqın edilən və etiraz etdikləri üçün ailələrinin gözü qarşısında döyülərək öldürülən soydaşlarımıza Allah rəhmət etsin, bu terror aktını törədənlərə lənət olsun!".

Siyasi       Tarix: 29 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun sonxeber.az sonxabar valyuta mezennesi 2026