Aygün bu sənətdə bir çoxu üçün çəpər idi' - Zümrüd Hümbətova
"Aygün dəfn olunanda Suraxanı kəndindən əlavə, Bakının bütün kəndlərindən gəlmişdilər. Dəfndə çox böyük izdiham var idi. Hətta rayonlardan belə onunla vidalaşmağa gəlmişdilər. Bəlkə də özü sağ olsaydı, bunları görsəydi, daha çox yaşayardı, ömrü uzanardı".
Bu sözləri Aygün Bəylərin bacısı azxeber.com-a açıqlamasında deyib.
Zümrüd Hümbətova, dəfn mərasimində iştirak etməyən sənət adamlarından danışıb:
"Gözümüz yasda çox adamı axtardı. Çünki bilirik ki, Aygün xanım çox adama bu sənətdə cığır açıb, dəstək olub. Ad çəkə bilmərəm gəlməyənlər kimlər idi, çünki yadımda deyil, artıq bir ilə yaxın zaman keçib. Bu elə bir şeydir ki, hamımızın qapısında olacaq. Amma gəlməyənlər bəli, olub. Onun dəfən mərasiminə gəlməməkdə nə kimi səbəb olub, onu mən bilmirəm. Hər kəsin öz fikri var. Düzdür, ölümə heç kim sevilməz, amma mən özüm özlüyümdə belə fikirləşdim ki, Aygün kimlərinsə yolunda maneə idi, qaya idi, çəpər idi".
Zümrüd Hümbətova bacısının mahnılarını oxuduğu üçün onu qınayanlara cavab verib:
"Mən Aygünün vəsiyyətinə görə arada efirlərə çıxdım, onun mahnılarını oxudum. Hətta bir verilişdə Elza Seyidcahan açıq şəkildə dedi ki, "Mənim xoşuma gəlmir, sən Aygünün mahnılarını oxuyursan". Mən Aygünün sağlığında da onun mahnılarını oxuyurudm və bu gün Aygün sağ olsaydı, heç kəs mənə bu sözü deyə bilməzdi. Mənim avazımdan Agünün avazı gəlir. Yəni, mən onlara xatir efirlərə gedirəm. Bir çox ifaçılar var ki, Aygünün mahnılarını oxuyurlar, yaşadırlar. Mahını azaddır, musiqi azaddır. Mahnıları oxunduqca sənətkar yaşayır. Amma mən onun bacısıyam və bu ən çox mənim haqqımdır. Sağlığında bir çox mini disklərini verdi mənə ki, get oxu!"
Aysel Hacızadə

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır