Ayxan Hacızadə: Ermənistan Xəzəri çirkləndirir
Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Ermənistan münaqişə dövründə Azərbaycanla transsərhəd çaylarını genişmiqyaslı şəkildə çirkləndirib:
"Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir".
A.Hacızadə bildirib ki, Azərbaycan və Ermənistandan olan mütəxəssislərin iştirakı ilə transsərhəd çaylarla bağlı əməkdaşlıq barədə məlumat yoxdur:
"Şübhəsiz ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu məsələ ilə bağlı müəyyən səy göstərib. Ancaq Azərbaycanın əsas iddiası ondan ibarətdir ki, bu çaylar çirklənməməlidir. Çünki bu çaylardan axan sular sonda Xəzər dənizinə tökülür və onun, xüsusilə ərazi sularının çirklənməsinə səbəb olur".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Batrakovun transfer qiyməti açıqlandı
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri