Azad edilmiş ərazilərə keçmək istəyən yeniyetmə SAXLANILDI - FOTO

Azad edilmiş ərazilərə keçmək istəyən yeniyetmə SAXLANILDI - FOTOAğdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxslər saxlanılıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam rayon sakinləri – Famil Kərimov, Tural Sadaylı və bir yetkinlik yaşına çatmayan şəxs rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən ərazidə xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıblar.
Həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ərazidə partlamamış hərbi vasitələr və minaların insan həyatı üçün təhlükəli olduğu izah edilib. Buna baxmayaraq onlar işğaldan azad edilmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib.
F.Kərimov və T.Sadaylının barələrində tərtib edilmiş protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən onların hər ikisi də 20 gün müddətinə inzibati qaydada həbs olunub. Yetkinlik yaşına çatmayan bir nəfərə isə xəbərdarlıq edilərək ailəsinə təhvil verilib.

Hadisə       Tarix: 05 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. KONKRET.azbildirir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanov

Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)

Avqustun 30-da Qarabağ bölgəsində "Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş." şirkətində bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə nəticəsində topoqraf Kənan Hacıyev və onun köməkçisi Məmmədzadə Polad həyatın

Oğlunun itkisindən 19 gün sonra vəfat etdi

Avqustun 16-da qəfil vəfat edən Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılovun ailəsində daha bir ağır itki baş verib. xəbər verir ki, ürək tutmadan dünyasını dəyişən 41 yaşlı məmurun atası da vəfat edib. Bərdə şəhərind

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

Yubileyinə iki gün qalmış dünyasını dəyişdi

Bakının Xətai rayonunda yerləşən 17 nömrəli məktəbin müəllimi dünyasını dəyişib. xəbər verir ki, bu barədə məktəbin səhifəsində məlumat paylaşılıb. Qeyd edilib ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Məmmədov

Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmü

Azərbaycanla sərhəddə partlayış… – Xəbərdarlıq edildi

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, "Berkaber" qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq. KONKRET.  -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölüb. Qəzada həlak olan Nazim Abdullayev


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər xeber az xeberler bugun 2026