Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə görüşüb.
Azxeber.com Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı tərəflər Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin gələcək perspektivleri ətrafında fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycan və Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək ikitərəfli Saziş üzrə danışıqların hazırki statusu üzrə müzakirə aparılıb və bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin ilin sonunda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələləri müzakirə edilib.
Daha sonra tərəflər regiondakı son vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov müharibə sonrası mərhələdə həyata keçirilən bərpa və yenidənqurma işləri, işğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən kütləvi minalanması nəticəsində humanitar fəsadlar ilə bağlı məsələləri Ali nümayəndənin diqqətinə çatdırıb.
Ali nümayəndə Cozef Borel bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakının mümkünlüyünü qeyd edib.
Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı