Azadlıq prospektinin bir hissəsində təmir işlərinə başlanıldı
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Azadlıq prospektində əsaslı təmir işlərinə start verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3,4 km təşkil edir.
Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.
Agentlik bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Medina "Qarabağ"dan getdi
Cavid Hüseynov bu klubun baş məşqçisi oldu